Hüquqşünas

  • Company
  • Elanın qoyulma tarixi: 18.11.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Xahici və yerli şirkətlər ilə bağlanan/yenilənən müqavilələrin hüquqi cəhətdən incələnməsi və təsdiqlənməsi;
  • Müqavilə formalarının hazırlanmasında iştirak etmək;
  • Şirkətin struktur bölmələrinə hüquqi yardım etmək, onlardan daxil olan sorğuları cavablandırmaq;
  • Şirkət daxilində qanunvericiliyin və korporativ aktların göstərişlərinə düzgün riayət olunmasına dair dəstək olmaq;
  • Dövlət orqanları və ictimai təşkilatlarla işgüzar yazışmalar aparmaq;
  • Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətləri müvafiq qaydada cavablandırmaq; 
  • Korporativ hüquqi fəaliyyət ilə bağlı təlimat, qayda və iş prosedurları hazırlamaq, təkmilləşdirmək və aidiyyatı struktur bölmələrlə razılaşdırmaq;
  • Beynəlxalq müqavilələrin və sazişlərin hüquqi cəhətdən incələmək və rəy vermək; 
  • Qanunvericiliydə edilmiş dəyişiklikləri/əlavələri izləmək və aidiyyəti strukturları məlumatlandırmaq;

Tələblər:

  • Hüquq sahəsində ali təhsil;
  • Müvafiq sahədə ən azı 3-5 il iş təcrübəsi;
  • Azərbaycan Respublikasının Qanunvericiliyinə dair mükəmməl biliklər;
  • Azərbaycan və İngilis dili biliyi mütləqdir Rus dili biliyi arzuolunandır;
  • MS Office proqramlarında işləmək bacarığı; 

 İş şərtləri:

  • İş qrafiki: həftənin 5 günü, saat 09:00-dan 18:00-dək
  • Şirkət tərəfindən nahar və əlavə endirim bonusları təqdim olunur
  • Əmək haqqı namizədin bilik və bacarıqlarından asılı olaraq razılaşma yolu ilə müəyyən edilir.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Hüquqşünas” qeyd edərək CV-nizi [email protected] göndərməyiniz xahiş olunur.