Android Developer

  • Zakaz.az
  • Elanın qoyulma tarixi: 16.11.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəliklər:

  • Mobil tətbiqin yaradılması və dəstəklənməsi, 
  • Yeni modulun və xüsusiyyətlərin yaradılması
  • Problemlərin və defektlərin aşkarlanması və aradan qaldırılması
  • Digər sistemlərlə inteqrasiyaların aparılması

Tələblər:

  • Java və Kotlin ilə mobil tətbiqlərin yaradılmasında  2 il + təcrübə (üstünlük JAVA)
  • Real-Time əməliyyatlar, WebSoket ilə təcrübə
  • Google Map, Firebase servisləri ilə təcrübə
  • Google PlayStore və Console ilə təcrübə
  • Git (BitBucket, Github) və digər kod versiyalama alətləri ilə işləmə bacarığı
  • Yayımlanmış və istifadədə olan ən az 1 mobil tətbiq
  • Rest API və SOAP  ilə işləmə bacarığı
  • Başqasının yazdığı kodu oxuma və onun üzərində dəyişiklərin edilməsi bacarığı;
  • Məntiqi və analitik düşünmə tərzi və təşəbbüsskarlıq
  • Təhlil əsasında qərar vermə
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;

Sizə nə təklif edirik?

  • Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
    Müvəffəqiyyətli karyera üçün sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
    Əlverişli iş mühitində çalışmaq imkanı.

İş şəraiti:

  • 5 günlük iş qrafiki
  • Əmək haqqı namizədin bilik və bacarığına əsasən müəyyən ediləcəkdir.
  • İş yeri: Nərimanov ray, Xətai pr 40 a

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini email-in mövzu hissəsində “Android Developer” qeyd edərək  [email protected]  göndərə bilərsiniz.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.