Daşınmaların təşkili və idarəolunması üzrə mütəxəssis

  • Matanat A
  • Elanın qoyulma tarixi: 15.11.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşin təsviri:

  • Zavodlar arasında xammalın daşınmasının təşkili və nəzarəti
  • Ehtiyyat yığım anbarına xammalın daşınmasının təşkili və nəzarəti
  • Qum karxanasının təminatı, təchizatı və nəzarətinin təşkili
  • Mərmər tozunun zavoda daşınmasının təşkili və nəzarəti
  • Kənar avtomobilləri bazar qiymətini araşdıraraq daşımalara cəlb etmək
  • Yeni daşıyıcılarla danışıqlar aparıb müqavilələr imzalamaq
  • Qum daşıyan kənar maşınların maddi tələbnamələrini hesablayıb maliyyə departamentinə təqdim etmək
  • Şirkətin avtomobillərini idarə edən sürücü əmakdaşların işlərinə nəzarət etmək
  • Qum karxanasında olan texnikaların yanacaq sürtkü materiallarının sifarişini vermək
  • Zavodlar arasında gələn xammalın qiymətlərini müqayisə edib işləmək
  • Karxanadan çıxan xammalla zavoda qəbul olunan xammalın qarşılaşdırılması və nəzarəti
  • Mütəmadi olaraq rəhbərliyə yazılı hesabat təqdim etmək.

İş şəraiti:

  • İş saatı: 09-00-dan 18-00-dək;
  • Şənbə günü: 09-00-dan 13-00a-dək
  • İstirahət: Bazar günü.

Əmək haqqı: Razılaşma yolu ilə.

Tələblər:

  • Yaş həddi: 30-45
  • Təhsili: Ali təhsilli
  • Loqistika üzrə iş təcrübəsi: Minimum 3 il.
  • Dil bilikləri: Azərbaycan dili sərbəst,  Rus arzuolunandır.
  • Kompüter biliyi: Word, Excel, Internet Explorer, 1C proqramında işləmə bacarığı olmalı
  • Riyazi bilikləri əla olmalıdır
  • Texnikaların yanacaq və amartizasiya xərcləri haqqında müəyyən biliklərə sahib olmalıdır.
  • Bu gün üçün daxili yük daşımalarında bazar qiymətlərinə dair müəyyən qədər məlumatlara sahib olmalıdır

Əlavə Tələblər:

  • Logistika sahəsində təcrübə mütləqdir.
  • Yaxşı analitik və ünsiyyət bacarıqları, danışıqların aparılma bacarıqları, qiymətlərin formalaşdırma metodlarını və strategiyasını bilməsi;
  • Satınalma müqavilələri ilə işləmə bacarığı;
  • Ölkə daxili ezamiyyətlərə getmə imkanı.
  • Məsuliyyət, dürüctlük, dəqiqlik
  • İntellektual səviyyə, məntiq
  • Marşurutu yaxşı tanımalıdır
  • Hesabatlı işləməyi, rəhbərliyin proseslərə dair sorğularını dərhal və dəqiq şəkildə cavablandırmağı bacarmalıdır.

Qeyd:  CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək göndərin.

İşəgötürənin reytinqi