Xarici Nəzarət şöbəsinin aparıcı mütəxəssisi

  • Kapital Bank
  • Elanın qoyulma tarixi: 15.11.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər:

  • Əmək müqaviləsi, şöbənin Əsasnaməsi, habelə şöbənin fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra edir
  • Birbaşa rəhbəri, İdarə Heyəti sədri, tərəfindən verilən, Müşahidə Şurası və bankdaxili komitələrin qəbul etdiyi qərarlardan, əmək müqaviləsindən, şöbənin Əsasnaməsi və fəaliyyətinə dair bankdaxili korporativ aktlardan irəli gələn tapşırıq və sərəncamları qeyd-şərtsiz yerinə yetirir
  • Gündəlik aparılan əməliyyatların düzgün hesablar üzrə formalaşması ,müvafiq hesablardan düzgün istifadə ,qalıqlara nəzarətin gücləndirilməsinə nəzarət edir.
  • Bankın tranzit hesablarına düzgün nəzarətini təşkil etmək üçün ümumi mühasibat uçotu qaydaları və daxili prossedur qaydalarına riayət edilməsini təmin edir.
  • Yeni qurulan biznes prosseslər üzrə mühasibatlıq modellərinin hazırlanmasını təmin edir.
  • Şöbənin gündəlik fəaliyyətinin effektiv aparılması üçün lazımı hesabatların hazırlanmasını təmin edir.
  • Şöbə rəisi tərəfindən tələb olunan lazımi məlumatları və hesabatları tərtib etmək.
  • Əməliyyatların Bank Əməliyyat Sistemində düzgün əks etdirilməsinə nəzarət etmək.
  • Bank əməliyyatları üzrə proseslərin analizını həyata keçirmək.
  • Şöbə əməkdaşlarının işinə nəzarət və onların peşəkar inkişafını təmin etmək .

Tələblər:

  • Ali təhsil 
  • Dil bilikləri: Azərbaycan dili, Rus dili, İngilis dili
  • İqtisadiyyat, maliyyə, mühasibatlıq və audit ixtisaslar üzrə təhsil
  • Göstərilmiş sahədə 2 ilədək təcrübə 
  • Excel üzrə biliklər
  • Dəqiq və məsuliyətli olmaq, detallara fikir vermək qabiliyyəti
  • Müşahidə aparmaq və faktların müəyyən edilməsi bacarığı
  • Analitik düşünmə qabiliyyəti
  • Komandada işləmək bacarığı
  • Təşkilatçılıq və rəhbərlik qabiliyyəti

 

Email: [email protected]

Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa elektron ünvanına “Xarici nəzarət şöbəsinin aparıcı mütəxəssisi” başlığı ilə müraciət edə bilərsiniz.

İşəgötürənin reytinqi