İşin təsviri
Vəzifə öhdəlikləri:
- Brendin standartlarına uyğun olaraq zəruri tədbirləri həyata keçirmək;
- Mağazalara təyin olunmuş KPİ-ların yerinə yetirilməsinə dəstək və nəzarət;
- Mağazaların ümumi fəaliyyətinə gündəlik nəzarət;
- Məhsulun sifarişindən (ödəniş, məhsulun gətirilməsi, mərkəzi anbarda məhsulun işlənilməsi, satış nöqtəsinə çatdırılması) satışına qədər olan bütün prosesləri idarə etmək;
- Brendin bilavasitə marketinqə aid olan bütün proseslərində iştirak, müdaxilə və vaxtlı-vaxtında tətbiq edilməsini təşkil etmək.
Tələblər:
- Ali təhsil (İqtisadiyyat, Biznesin idarə edilməsi, Marketing və oxşar yönümlü təhsili olanlara üstünlük veriləcək);
- Sahə üzrə 2-3 il təcrübə;
- Təchizatın idarə olunması və ümumiyyətlə idarəetmə üzrə təcrübəsi olanlara üstünlük verilir;
- Rus dili sərbəst, İngilis dili biliyi olanlara üstünlük verilir;
- 1C proqramında işləmə bacarığı. 1C «Parakəndə Ticarət», «Тicarətin İdarəolunması» üzrə bilikləri olanlara üstünlük veriləcəkdir.
Şərtlər:
- İş qrafiki: 5 gün, 09:00-18:00
- Əmək haqqı: Namizədin bilik və təcrübəsi, o cümlədən bazar qiymətlərinə uyğun şəkildə qarşılıqlı razılaşdırılacaqdır.
Müraciət üçün:
Maraqlanan namizədlərdən mövzu sətrində “Brend menecer assistenti” qeyd etməklə CV göndərmələri tələb olunur. Email: [email protected]