Baş aqronom

  • Buta Group
  • Elanın qoyulma tarixi: 11.11.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə öhdəlikləri:

  •  İstixanada yetişdirilən bitkilərin əkildiyi vaxtdan,  sağlam və keyfiyyətli şəkildə ən az itki ilə yetişdirilməsini təşkil etmək;
  •  İstixananın bitkilərin əkininə hazır hala gətirilməsini və əkilməsini təşkil etmək;
  • Əkin  üçün gigiyenik şəraitin hazırlanmasını təmin etmək;
  • İstehsalat planına uyğun olaraq, istixanada əkmə planını hazırlamaq, əkin planının və ehtiyat bitkilərin qeydə alınmasını təşkil etmək;
  • Bitkinin ehtiyacını qarşılayacaq şəkildə istixana daxilində rütubət və temperaturu nəzarət altında saxlanılmasını təmin etmək;
  • İsitmə, soyutma, kölgələndirmə, sisləməyə nəzarət edilməsi, isitmə və yanacaq istehlakının qeydiyyata alınmasını təşkil etmək;
  • Bitkinin ehtiyacını qarşılayacaq dərəcədə, münasib vaxtda və miqdarda suvarmanın və gübrələmə işlərinin yerinə yetirilməsini təmin etmək;
  • İstixanalarda pestisidlərin istifadəsini minimuma endirməklə, xəstəliklərin yayılması və zərərli həşəratların olub-olmadığının yoxlanılmasını həyata keçirmək, İstixana daxilində xəstəlik yayılması və zərərli həşəratların daxil olmasının qarşısını alacaq tədbirlərin görülməsini təmin etmək;
  • Bitkilərin şəraitə uyğulaşdırılmasını, boylama proseslərinin  təlimatlara uyğun olaraq yerinə yetirilməsini həyata keçirmək;
  • Aylıq istehlak və ehtiyat məhsullarına dair məlumatların qeydə alınmasını təmin etmək;

İş şərtləri:

  • İş vaxtı 1 – 6 günlər 08:00-17:00
  • Şirkət tərəfindən nəqliyyatla təmin edilmə;
  • Əmək haqqı müsahibə əsasında təyin olunacaq.

Tələb olunan təhsil, təcrübə və bacarıqlar:

  • Aqronomluq üzrə ali Təhsil;
  • Uyğun sahədə ən azı 5 il iş təcrübəsi;
  • Texniki biliklərlə yanaşı idarəetmə bacarıqları;
  • Priva proqramı bilikləri üstünlükdür;
  • Ölkə xarici və rayonlara ezam getmə imkanının olması;

Vakansiyaya müraciət üçün CV-nizi mövzu hissəsində “baş aqronom” qeyd edərək [email protected] email ünvanına göndərməyiniz xahiş olunur.