Korporativ Satış müdiri

İşin təsviri

Öhdəliklər:

  • Tabeliyində olan işçilərə rəhbərlik etmək
  • Satış proqramının hazırlanmasına nəzarət etmək
  • Korporativ müştəri bazasının formalaşdırılması
  • Potensial müştərilər ilə əlaqə qurmaq və görüşlər keçirmək və digər satış təmsilçilərinin bu sahədəki işlərinə nəzarət etmək
  • Rəqib şirkətlər və onların satdıqları məhsullar haqqında məlumatlı olmaq və rəhbərlik etdiyi digər satış təmsilçiləri ilə bu barədə müzakirələr aparmaq
  • Satış gücünü idarə etmək
  • Satış təmsilçiləri arasında iş bölgüsünü aparmaq
  • Satışın satış təmsilçiləri tərəfindən düzgün aparılmasına nəzarət etmək
  • Satış prosesini yaxından izləmək və bu prosesin gedişatı barədə direktora məlumat vermək
  • Sənədləşmə prosesinə nəzarət etmək. 
  • Şöbədə çalışan işçilərin gördükləri işin effektivliyinin yükləldilməsi istiqamətində işləmək
  • Şirkətin keyfiyyət siyasəti və hədəfləri istiqamətində işləməli
  • Yeni məhsullar, onların xassələri, digər məhsullardan fərqli cəhətləri barədə şirkət tərəfindən təşkil olunmuş seminar və təlimlərdə mütamadi iştirak etmək

Namizədə dair tələblər:

  • Ali təhsil
  • Mövcud sahədə iş təcrübəsi- 5 il
  • Şirkətin satış siyasətini idarə etmək təcrübəsi olmalı
  • Potensial müştərilər ilə əlaqə qurmaq və görüşlər keçirmək bacarığı olmalı
  • Yerli bazarın tələbatlarından xəbərdar olmalı
  • 1C, MS Office - əla
  • Azərbaycan, Ingilis dili- əla, Rus dili- arzuolunandır
  • Sürücülük vəsiqəsi: B, BC 
  • Ezamiyyətlərə açıq
  • Kollektivdə işləməyi və işçilər arasında yaranan problemləri həll etməyi bacarmalıdır

İş şərtləri:

  • Ə/h 2000-2500 azn net + bonus
  • Ünvan: Binəqədi ray., Mədən küç., 4.

Maraqlanan namizədlər mövzu yerində “Korporativ Satış müdiri” yazmaqla öz CV-lərini göndərə bilərlər.