Proqram təminatı şöbəsinə mütəxəssis

İşin təsviri

Ümumi vəzifə öhdəlikləri:

  • Sistem inzibatçılığı üzrə vəzifənin icrası;
  • Əsas və rezerv saytlarda avadanlıqların quraşdırılması, qurğularda yaranmış proqram və avadanlıq nasazlıqlarının aradan qaldırılması.

Namizədə qarşı tələblər:

  • Ali təhsil (aidiyyatı sahə üzrə);
  • Aidiyyatı sahə üzrə minimum 2 il iş təcrübəsi;
  • Server tipli proqram təminatının quraşdırılması, sazlanması və dəstəklənməsi üzrə geniş biliklər və iş təcrübəsi;
  • Linux ƏS-ri (RHEL, Centos, Ubuntu);
  • Microsoft Windows Server, Microsoft AD, GPO, DNS, DHCP, DFS;
  • VMware və Nutanix AHV sistemləri üzrə geniş administrasiya bilikləri və iş təcrübəsi;
  • Ehtiyat sistemlərinin administrasiyası (Netbackup, BackupExec);
  • LAN və başqa şəbəkə texnologiyaları üzrə geniş biliklər və iş təcrübəsi;
  • Server avadanlığının təmiri və montajı;
  • Passiv, aktiv şəbəkə və server avadanlıqları ilə bağlı başqa avadanlığın montajı;
  • Proqram təminatının işində va şəbəkədə nasazlıqların axtarışı və aradan qaldırılması üzrə bacarıqlar;
  • Kəsintisiz enerji təchizatı və soyutma sistemləri üzrə biliklər və iş təcrübəsi;
  • Azərbaycan dili (əla), Rus dili (yaxşı), İngilis dili (texniki səviyyə); 
  • Məsuliyyətlilik, dəqiqlik, operativlik və problem həll etmə bacarığı;
  • Komandanın bir üzvü olmaq üçün, yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.

Sizə nə təklif edirik?

  • Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
  • Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
  • Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
  • Əlverişli iş mühitində çalışmaq imkanı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 19 noyabr 2021-ci il tarixinədək email-in mövzu hissəsində “Proqram təminatı şöbəsinə mütəxəssis (Sistem admini)” qeyd edərək göndərə bilər. 

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi