Web developer (PHP)

İşin təsviri

Ümumi vəzifə öhdəlikləri:

  • Texniki tapşırıq və ya bankın biznes proseslərinin təhlili əsasında proqram təminatlarının hazırlanması, onların testdən keçirilməsi, düzəlişlərin edilməsi;
  • İşlənib hazırlanmış proqramlara Bank işinin analizi əsasında düzəlişlərin edilməsi;
  • Proqramlarla iş üzrə istifadə qaydalarının hazırlanması, zəruri texniki sənədləşmənin aparılması;
  • Tətbiq edilmiş proqram və proqram vasitələrinin müşayiətinin aparılması;
  • Hazır proqram komponentlərinin unifikasiya və optimizasiyası üzrə işlərin aparılması.

Namizədə qarşı tələblər:

  • Ali təhsil;
  • Aidiyyatı sahə üzrə minimum 2 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili əla, ingilis və rus dilləri texniki səviyyədə arzuolunandır;
  • PHP, JavaScript, HTML, CSS üzrə yüksək səviyyədə biliklər və iş təcrübəsi;
  • Məlumat bazalarının proqramlaşdırılması sahəsində biliklər (SQL/PLSQL);
  • Texniki-riyazi düşünmə bacarığı;
  • Məsuliyyətlilik, dəqiqlik, operativlik; 
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
  • Komandanın bir üzvü olmaq üçün, yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.

Sizə nə təklif edirik?

  • Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
  • Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
  • Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
  • Bank Respublikanın peşəkar komandasının bir üzvü olmaq imkanı;
  • Əlverişli iş mühitində çalışmaq imkanı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 19 noyabr 2021-ci il tarixinədək email-in mövzu hissəsində Web developer (PHP) qeyd edərək göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. 

Email: [email protected]

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

 

İşəgötürənin reytinqi