Auditor

İşin təsviri

Tələblər:

  • Ali iqtisadi təhsil
  • 3 ildən az olmayan audit sahəsində iş təcrübəsi (Əczaçılıq sahəsində olması üstünlükdür)
  • Microsoft Office proqramlarından sərbəst istifadə bacarığı 
  • 1C proqram üzrə bilikləri (arzuolunandı)
  • Beynəlxalq audit standartları, risklərin idarə olunması üzrə biliklər
  • Riyazi təhliletmə və analitik hesablama qabiliyyəti

Vəzifə öhdəlikləri:

  • Əməkdaşlıq edilən şirkətlərə ödənişlərin borclara və satış şərtlərinə uyğun aparılmasının yoxlanılması, maliyyə direktorunun təsdiqindən sonra  kassa məxaric qəbzlərinin təsdiq edilməsi
  • İadə olunan malların razılaşdırılmış  əməkdaşlıq şərtlərinə uyğunluğunun yoxlanılması və 1C proqramı üzrə təsdiq edilməsi
  • Apteklər üzrə məhsul dövriyyəsinin daxili qaydalara uyğunluğunun və 1C proqramında qeydiyyatının yoxlanılması
  • 1C proqramında  qeydiyyata alınmış  məhsul siyahısının say tərkibinin və satış qiymətinin sənədlərə uyğunluğuna nəzarət edilməsi
  • Mütəmadi olaraq əməkdaşlıq edilən şirkətlərlə qarşılıqlı hesablaşmaların yoxlanması və aktlaşdırılması
  • Anbarda mövcud olan məhsulların seriya nömrələri, adları üzrə uyğunsuzluqlarının 1C proqramında müəyyən olunması və düzgünlüyünün təmin edilməsi
  • Referent siyahıya daxil edilmiş məhsul qiymətlərinin 1C proqramına daxil edilməsi və yoxlanılması
  • Apteklər üzrə mütəmadi audit yoxlamalarının keçirilməsi, ezamiyyələrdə iştirak və müvafiq olaraq hesabat hazırlanması
  • Şirkət tərəfindən apteklərə ayrılmış depozit və aylıq limitlərə nəzarət edilməsi

İş şəraiti:

  • İş yeri: DEPO (Oktay Vəliyev 21C, Baki şəhəri, NZS qəsəbəsi);
  • Nahar şirkət tərəfindən təmin olunur;
  • Tibbi sığorta ilə təmin olunma;
  • 6 günlük iş həftəsi;
  • Əmək haqqı: 1200-1500 AZN.

Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi  [email protected] email ünvanına göndərin.

Xahiş olunur CV-nizi göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.

İşəgötürənin reytinqi