Satış meneceri

  • Halal-P
  • Elanın qoyulma tarixi: 02.11.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Satış təcrübəsi bizim üçün vacibdir, hansı sferada olmasının fərqi yoxdur; avadanlıqlarla işləmisinizsə, bu sizin üstünlüyünüz olacaq. 
  • Bizim menecerimiz, yəni sən satış işilə həvəslə məşğul olursan. İnsanlara ehtiyac duyduqlarını tapmağa kömək etməyi sevirsən. Mükəmməl bir nəticə verirsən və sənin üçün aylıq maaş hər şeydən öndə deyil - çünki sən özünə güvənirsən, planları yerinə yetirəcəyinə əminsən, bonusunu mütləq qazanacağına da əminsən.
  • Sən məqsədi görürsən, maneələrdə ilişib qalmırsan.
  • Kifayət qədər iddialısan və böyümək istəyirsən. Bunun üçün daim öyrənir, yeni texnologiyalarla tanış olur, hər dəfə məsuliyyət dairəsinə yeni sahələr götürürsən.

Məsuliyyətlər:

  • soyuq zənglər vasitəsilə müştərilərin axtarışı;
  • daimi müştərilərin qorunub saxlanılması;
  • kommersiya təkliflərinin hazırlanması və göndərilməsi;
  • məlumatların satınalma şöbəsinə ötürülməsi (sorğular);
  • CRM -də müştəri bazasının saxlanılması;
  • xüsusi hesabatların aparılması;
  • çətin vəziyyətlərin həlli (nadir hallarda olur).

Dəyərlərimiz:

  • İnkişaf və davamlı öyrənmək istəyi
  • Qayğı göstərmək və kömək etmək istəyi
  • Dürüstlük və ədalətli mübadilə

Seçim bir neçə mərhələdə aparılır:

  1. CV - bənzər bir təcrübənin varlığına baxırıq
  2. Doldurulmuş anket forması - cavab sürətinə və anketin məzmununa baxırıq
  3. Üz-üzə müsahibə - “sizinlə tanış oluruq, həm də özümüzü təqdim edirik”
  4. Rəhbərlə müsahibə

Şərtlər:

  • yalnız əmin olduğumuz yüksək keyfiyyətli mallar satırıq;
  • sənə məhsul və texnologiyanı öyrətməyə hazırıq;
  • satış texnologiyası üçün skriptlər bu mərhələdə mövcud deyil, ancaq bunları səninlə birlikdə yaradacağıq - uğurlu təcrübəni bölüşmək imkanın olacaq;
  • menecerlərimizin aldıqları maksimum illik əmək haqqı (+ bonus) – 45000 AZN. Amma sən daha yaxşı nəticələrə imza ata bilərsən. 
  • iş cədvəli: standart 5 günlük 9.00-dan 18.00-dək;

Yuxarıda yazılanlarda özünü tapdınsa – geri dönüş et! 

Aylıq fiks əmək haqqı: 650 - 850 AZN

Bu linkə daxil ol və anket formasını doldur. Onu da CV ilə birlikdə göndərməyi unutma. 

Bizimlə iş şən və perspektivlidir!