İşin təsviri
Vəzifə öhdəlikləri:
- Mağazada konseptə uyğun olaraq interyer dizaynının zamanında və yüksək keyfiyyətlə həyata keçirilməsi.
- Gözəl zövq ilə və mağaza interyeri üçün nəzərdə tutulan müxtəlif əşyaların köməyi ilə insanlara xoş gələn, estetik cəhətdən cəlb edən və psixoloji rahatlıq verən məkan yaratmaq.
- Müştərini bütün mağazada gəzdirən cəlbedici və göz oxşayan vizual ekranlar yaradır.
- Tərəfdaşlıq qaydalarına, kolleksiyaya və mövsümə əsaslanaraq dizayn dəyişiklikləri planlaşdırır və təşkil edir.
- Hazırladığı layihələrlə bağlı rəhbərliyə hesabat vermək.
Namizədə tələblər:
- Ali təhsil (aidiyyatı sahə üzrə ali təhsili və ya incəsənət sahəsində müvafiq təhsili olanlara üstünlük veriləcəkdir);
- 3 il təcrübə;
- Bədii təxəyyülü və fəza təfəkkürü yüksək olan.
- Estetik zövqlü olmalı;
- Rəng və proporsiyanı hiss etmə bacarığı;
- Kollektivlə işləmək bacarığı;
- Analitik təhlil, təşkilatçılıq və təşəbbüskarlıq qabiliyyətinə sahib olmalı;
- Punktual və məsuliyyətli olmalı;
- Kompüter biliyi
İş rejimi və əmək haqqı:
- Həftədə 6 gün – 10:00 – 18:00
- Əmək haqqı 700 AZN
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Dizayner” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.