Ekspeditor (xanım)

  • AEM Elektron
  • Elanın qoyulma tarixi: 31.10.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə olan tələblər:

  • Müvafiq sahə üzrə 1-3 il iş təcrübəsi olan xanım namizədlər; 
  • Yaş həddi 25-35;
  • Malların satışını stimullaşdırmaq üçün işlərin təşkilinin əsasları;
  • Ünsiyyətcil və inandırma qabiliyyəti yüksək olmalı; 
  • Dil bilikləri Azərbaycan dili əla səviyyədə ( Rus dili biliyi üstünlükdür)
  • Cəld, dinamik, məsuliyyətli, dəqiq,icraçılıq qabiliyyəti olmalı;
  • Satış sahəsində kariyera qurmağı hədəf seçən ; 

Vəzifə və öhdəliklər:

  • Şirkət ilə satış nöqtələri arasında məhsul və xidmət dövriyyəsini təmin edib, təmsil etdiyi şirkətin məhsul və xidmətlərini ən yaxşı şəkildə tanıtmaq və satışını aparmaq; 
  • Mövcud müştərilər ilə əlaqələri gücləndirmək, şirkətə yeni müştərilər qazanmaq;
  • Daimi olaraq müştəri ziyarəti;
  • Müştərilərlə rahat ünsiyyətin qurulması, mal və xidmətlər haqqında dolğun, ətraflı məlumatların verilməsi, suallarının əsaslandırılmış formada cavablandırılması;
  • Satış hədəflərinin vaxtlı vaxtında icra olunması;                   
  • Satış nöqtələrinə verilmiş malların pulunun yığmını vaxtında təmin etmək;
  • Ərazidə qalan müştəri borclarına cavabdehlik daşımaq və nəzarət etmək;                          
  • Şirkətin məhsullarının satış nöqtələrində istehlakçının diqqətini cəlb edəcək şəkildə açılış və düzülüşlərinin gerçəkləşməsini, məhsulu satışa hazırlanmasını təmin etmək, məhsulun satış görünüşünə nəzarət etmək;
  • Satış sonrası əməliyyatların, çatdırılma və ödəmə proseslərini izləmək və ödənişləri həyata keçirmək;
  • Gün sonu hesabatların verilməsi;                                                                   
  • Rəqib məhsullar haqda məlumatların əldə edilməsi.  

Biz Sizə nə təklif edirik:

  • Peşəkar, mehriban komandada iş;
  • Professional və maddi artım üçün perspektiv;
  • Əmək Məcəlləsinə uyğun olaraq sənədləşmə;
  • Nahar təminatı;
  • Əmək haqqı müsahibə əsasında təyin olunacaq;
  • 6 günlük iş rejimi 09:00-18:00;

Uyğun namizədlərdən öz CV formalarını [email protected] email adresin' göndərməsi xahiş olunur.

AEM Elektron tərəfindən digər vakansiyalar