Məhsulların inkişafı üzrə mütəxəssis

  • AzInTelecom
  • Elanın qoyulma tarixi: 30.10.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Bulud məhsulları üzrə bazar məlumatlarını əldə edib araşdıraraq müştəri ehtiyacları və istəklərini müəyyənləşdirmək;
  • Bazarda yerini tutan və rəqabətə davamlı olmasına imkan verən məhsullar yaratmaq və artırmaq;
  • Bir sıra müxtəlif amillərə və istifadələrə görə məhsul spesifikasiyalarının müəyyənləşdirilməsi;
  • İnkişafda olan məhsullar üçün prototiplər hazırlayaraq istehsal və dizayn fəaliyyətlərinə dəstək;
  • Məhsulların həyat qabiliyyətli və rəqabətli olmasını təmin etmək üçün bazar araşdırması materiallarına və satış məlumatlarına müraciət etmək;
  • Məhsul inkişafının ilkin mərhələsini, eləcə də məhsulun yaradılması, idarə olunması və sənədləşdirilməsi ilə bağlı tələb və nəticələri formalaşdırmaq və idarə etmək;
  • Növbəti mərhələyə keçmədən əvvəl layihə qrupu və rəhbərliyi tərəfindən qiymətləndirmə üçün təklif və dizaynların təqdim edilməsi
  • Yeni məhsul, proqram və layihələrin uyğun istifadə qaydalarının hazırlanması;
  • Yeni məhsullar haqqında təlim materiallarının hazırlanması

Tələb olunan bilik və bacarıqlar:

  • Marketinq, IT, Riyaziyyat və ya müvafiq sahədə bakalavr təhsili
  • Məhsulun dizayn edilməsi bacarıqlarına sahib olmalı və məhsul komponentləri ilə materialların həm funksional, həm də estetik cəhətdən birlikdə işləmə prinsiplərini anlamalı
  • SQL və non-SQL üzrə güclü biliklər
  • Microsoft Office proqramlarında sərbəst işləmə bacarığı
  • Bulud platformaların brend və məhsulları barədə məlumatlı olmaq
  • IT sferasında minimum 2 illik təcrübə
  • Bulud Məhsul və Xidmət istehsalçısı və ya əlaqəli sahədə 1 illik təcrübə
  • Komandada işləmə bacarığı
  • Vaxtın idarə olunması bacarıqları
  • Azərbaycan; rus və ya ingilis dilləri (sərbəst)

Maraqlanan namizədlər CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək göndərə bilərlər.

İşəgötürənin reytinqi