Laborant

  • Elanın qoyulma tarixi: 27.10.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Təlimatlara əsasən xammalların, köməkçi materialların, yarımfabrikatların və hazır məhsulun mövcud standartlara, texniki şərtlərə cavab verməsi üçün və onların keyfiyyətinə laboratoriya nəzarətini tətbiq etmək məqsədi ilə kimyəvi analizləri, fiziki-kimyəvi təcrübələri aparmaq
  • Alınan nümunələrin kimyəvi tərkibi müəyyən edildikdən sonra qarşıya çıxan uyğunsuzluqlar barədə müvafiq struktur bölmələri məlumatlandırmaq
  • Xammalların, köməkçi materialların, yarımfabrikatların və hazır  məhsulun beynəlxalq standartlara uyğun şəraitdə, temperaturda və rütubətlilik dərəcəsində saxlanılmasına nəzarət etmək
  • Qarşıya çıxan hər hans bir problem barəsində şifahi və yazılı şəkildə birbaşa rəhbərini məlumatlandırmaq
  • Laboratoriyada analizlər üçün qeyd jurnalları hazırlamaq, aparılan bütün analiz və müşahidələri jurnallara qeyd etmək
  • Jurnallardakı qeydlərin qaralanmamasına çalışmaq, yanlış göstəricilər qeyd olunduğu halda həmin göstəricinin üzərindən aydın görünüşünü itirməmək şərti ilə xətt çəkilməsi, yanında düzgün göstəricinin yazılaraq düzəlişi edən şəxs tərəfindən imzalanmasını təmin etmək
  • İşi ilə bağlı araşdırmalar aparmaq, daima öz üzərində işləmək, şirkətdaxili və xarici şəxslərlə əməkdaşlıq etmək
  • İstehsalatda çalışan növbə ustaları və texnoloqlarla sıx əlaqə saxlamaq, analizlərin nəticələrini vaxtında çatdırmaq, onlarla fikir mübadiləsi aparmaq
  • Nəticələrdə  kənarlaşmalar olduqda dərhal birbaşa rəhbərinə məlumat vermək
  • Laboratoriyada istifadə olunan cihazların işlək vəziyyədə olmasına, dəqiq işləməsinə nəzarət etmək
  • Gündəlik olaraq sahələrdə temperatur, nəmlik, şeh nöqtəsini yoxlamaq və aidiyyəti şöbələrə göndərmək
  • Metal qarışımının yoxlanılması jurnalını hazırlamaq, gündəlik və aylıq olaraq nəzarətdə saxlamaq
  • Dezinfeksiyaedici məhlulun hazırlanmasına, istifadə müddətinə nəzarət etmək və məhlulları sahələrə çatdırmaq
  • Analizləri yoxlanılmış və təsdiqlənmiş cihazlar, ölçü vasitələri ilə aparmaq
  • İstehsalatda texnoloji proseslər zamanı baş vermiş çatışmazlıqlar və kənarlaşmalar haqqında Mərkəzi Laboratoriya Şöbəsinin müdirini məlumatlandırmaq
  • Xammalların, köməkçi materialların, yarımfabrikatların anbara qəbulu zamanı onların tarixlərinin yoxlanılması, vəziyyəti bağlı kimyəvi analizlərin aparılması və bu barədə rəhbərinə hesabat verməsi

Tələblər:

  • Təhsil : Ali (Qida mühəndisliyi, Kimya - Biologiya)
  • İş təcrübəsi : Müvafiq sahə üzrə təcrübəsinin olması üstünlükdür
  • Yaş : 22 - 35

İş şəraiti:

  • İş yeri: Keşlə, 2-ci Eninə küç,2. Ulduz Şokolad Fabrikinin binası;
  • Nahar şirkət tərəfindən təmin olunur;
  • Servis xidməti mövcuddur;
  • Əmək haqqı: müsahibə əsasında
  • İş qrafiki: Növbəli (Gecə-gündüz)

Maraqlanan namizədlər öz [email protected] adresinə CV-lərini emailin mövzu hissəsində "Laborant" qeyd edərək göndərə bilərlər.