Prosesə nəzarət üzrə mütəxəssis

  • Elanın qoyulma tarixi: 27.10.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • ISO 9001:2008, BRC, ISO 22000:2005, ISO 22000:2010, ISO 10002:2004 , OHSAS 18001:2007, IFS, HALAL tələblərindəki lazımi vəzifələri yerinə yetirmək
  • Fəaliyyəti ilə bağlı rəhbərliyə və müəssisəyə lazım olan qeydləri aparmaq və hesabatlar hazırlayıb hesabat verdiyi instansiyaya ötürmək
  • İstehsalatda bükmə maşınlarında etiketlərin bükülmə keyfiyyətlərini nəzarətdə saxlamaq
  • İstehsal və idxal zamanı məhsulların markalanma və düzgün qablaşdırılmasına nəzarət etmək
  • Paketləmə zamanı paketlərdə vurulan tarixin düzgün olmasına, çəkisinin verilən miqdarda olmasına və karton qutuya yığılmasına nəzarət etmək
  • İstehsalat sahəsində kritik nəzarət və nəzarət nöqtələrinə nəzarət etmək
  • Hazır məhsul anbarında hazır məhsulların saxlanılma şəraitinə nəzarət etmək
  • Xammal anbarında xammalın və köməkçi vasitələrin saxlanılma şəraitinə nəzarət etmək
  • Sanitar-gigiyenik qaydaların pozulmaması üçün istehsal prosesini nəzarətdə saxlamaq
  • İstehsal və idxal olunan məhsulların çəki, raf ömrü, düzgün qablaşdırma kontrolu və standart tələblərə cavab verməsinə nəzarət etmək və kənarlaşmalar haqqında hesabat hazırlamaq
  • İstehsal, idxal, ixrac məhsullarının qida təhlükəsizliyi tələblərinə cavab verməsinə nəzarət etmək
  • Qəbul prosesində uyğun və uyğun olmayan məhsulların hesabatlarını hazırlayıb rəhbərliyə təqdim etmək
  • İstehsal, idxal məhsulların saxlanıldığı depolarda məhsullara, həmçinin saxlanma və gigiyenik şəraitə nəzarət etmək
  • Tədarükçüləri dəyərləndirmək və müştəri şikayətlərini araşdırmaq
  • Marketlərdə məhsulların saxlanma, qida təhlükəsizliyi tələblərinə cavab verməsinə gigiyenik qaydalara riayət olunmasına nəzarət etmək
  • Personal gigiyenasının yoxlanılmasını və təlimlərin təşkilini həyata keçirmək
  • Anbarlarda temperatur rejimlərini ölçmək
  • PL məhsulların istehsal və qablaşdırılması prosesinə nəzarət etmək

Tələblər:

  • Təhsil : Ali (Qida mühəndisliyi, Kimya - Biologiya)
  • İş təcrübəsi : Müvafiq sahə üzrə təcrübəsinin olması üstünlükdür
  • Yaş : 23 - 35
  • Cins : Kişi

İş şəraiti:

  • İş yeri: Keşlə, 2-ci Eninə küç,2. Ulduz Şokolad Fabrikinin binası;
  • Nahar şirkət tərəfindən təmin olunur;
  • Servis xidməti mövcuddur;
  • Əmək haqqı: müsahibə əsasında
  • İş qrafiki: Növbəli (Gecə-gündüz)

Maraqlanan namizədlər öz CV-lərini [email protected] emailin mövzu hissəsində "Proseslərə nəzarət üzrə mütəxəssis" qeyd edərək göndərə bilərlər.