Loqistika üzrə mütəxəssis

  • Ram Holding
  • Elanın qoyulma tarixi: 25.10.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Daşınma üçün optimal marşrut xəttlərinin seçilməsi
  • Seçilmiş marşrutlar üzrə qiymət təkliflərinin alınması və daşınma şərtlərinin razılaşdırılması
  • Daşıma şirkətləri ilə müqavilə və digər sənədlərin hazırlanması
  • Daşınan yük barədə məlumatların dekloranta təqdim edilməsi
  • Gömrük rəsmiləşdirilməsi üçün lazım olan ilkin sənədlərin təmin olunması
  • Daşıma sənədlərinin 1C programına işlənməsi
  • Daşıma və ixrac prosesinə davamlı nəzarət edilməsi
  • Hesabatların hazırlanması
  • İstehsalçı ilə  malın çəki məlumatlarının müəyyən edilməsi
  • İstehsalçıya yük və ya daşıma sənədlərinin təlimata uyğun hazır edilməsi ilə bağlı danışıqların aparılması ( daxildir:İstehçalçıdan daxil olmuş yük sənədlərinin yoxlanılması,düzgünlüyünün təsdiqlənməsi və ya düzəliş edilməsi ilə bağlı müvafiq təlimatların verilməsi)
  • Daşımacıya sifarişin yük sənədlərinin son variantının təqdim edilməsi və müvafiq təlimat verilməsi
  • Zərurət olduqda yükləmə ilə bağlı əlavə sənədlərin ( müqavilə, etibarnamə, məktub və.s) hazırlanması

Əsas tələblər:

  • Ali təhsil
  • Mövcud sahədə ən az 2 il iş təcrübəsi (beynəlxalq daşımalar)
  • Rus, İngilis və Türk dillərində yazılı və şifahi ünsiyyət bacarıqları
  • INCOTERMS barədə məlumat
  • Məsuliyyətlilik, diqqətlilik, operativlik, işgüzar ünsiyyət və koordinasiya bacarıqları
  • MS Office programlarından yaxşı səviyyədə istifadə bacarıqları (Word , Excel və s.)
  • 1C 8.3 üzrə biliklər- yaxşı səviyyədə

İş şərtləri:

  • Ünvan: Binəqədi şossesi, Mədən küçəsi 4
  • Ə/h: 900 AZN

Maraqlanan namizədlər mövzu yerində “Logistika üzrə mütəxəssis” yazmaqla öz CV-lərini [email protected] email adresinə göndərə bilərlər. Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər intervyuya dəvət olunacaqlar.