Qəza komissarları şöbəsinin mütəxəssisi (Bərdə regionu üzrə)

  • Ateshgah Sigorta
  • Elanın qoyulma tarixi: 25.10.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə tələblər:

  • Yaş: 25-40
  • Cinsi: kişi
  • Təhsil: Orta
  • İş təcrübəsi: bu sahə üzrə iş təcrübəsi olanlara üstünlük verilir
  • Dil bilikləri: Azərbaycan (əla),Rus dili (orta)
  • Microsoft Office (Word, Excel, Power Point) proqramlarını, İnternet Explorer-dən istifadə qaydalarını;
  • B kateqoriyalı sürücülük vəsiqəsi olmalı
  • Mütləq şəxsi avtomobili olmalı
  • Namizədin yaşayış yeri: Bərdə rayonu

Əsas vəzifə öhdəlikləri:

  • Yol nəqliyyat hadisələri yerinə getmək və qəza hadisəsini yerindəcə araşdırmaq
  • Hadisənin foto və video çəkilişlərini aparmaq
  • Hadisəni rəsmiləşdirmək
  • Hadisə barədə məlumat əldə edən kimi dərhal hadisə yerinə getmək.
  • Hadisə yerində araşdırma aparmaq, foto və video çəkilişlər etmək, hal şahidlərindən izahatlar almaq.
  • Hadisə yerinə qəza xidmətlərini çağırmaq(DYP,FHN,Təcili tibbi yardım və s.)
  • Hadisə yerində zədələnmiş nəqliyyat vasitələrinə baxış keçirtmək,ilkin sənədləri toplamaq,hadisə barədə raport hazırlamaq.
  • Zədələnmiş nəqliyyat vasitəsinin evakuasiyasını təşkil etmək.
  • Lazım olduğu halda müştəri ilə DYPŞ-nə gedib ona izahat yazmaqda köməklik göstərmək.
  • Sığorta dələduzluğu faktlarını aşkarlamaq və qarşısını almaq.
  • İmkan daxilində sığorta hadisəsini yerində tənzimləmək.
  • Gördüyü iş barəsində Aparıcı mütəxəssisə hesabat vermək.
  • Birbaşa rəhbəri tərəfindən hər il qoyulan planın yerinə yetirilməsi öhdəliyini daşıyır.
  •  Birbaşa rəhbərinin ona həvalə etdiyi digər vəzifələri həyata keçirir

Şəxsi keyfiyyətlər:

  • Məsuliyyətli
  • Stressə davamlı
  • Avtomobilin texniki hissələri haqda anlayışın olması
  • Yol hərəkəti haqqında və sığorta qanunvericiliyi haqda anlayışın olan

İş şərtləri:

  • Əmək haqqı 500 - 600 AZN
  • Yanacaq pulu verilir
  • Şirkət tərəfindən mobil nömrə və danışıq vaxtı verilir
  • Əmək müqaviləsi bağlanılır

Məlumatlandırıcı qeydlər

  • Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
  • CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur.
  • Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin
  • CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun
  • İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq

Maraqlananlar öz CV formalarını göndərə bilərlər (məktubun mövzu bölməsində vakansiyanın adını -Qəza komissarı (Bərdə regionu üzrə)- qeyd etmək mütləqdir )