Fit out işləri (incə işlər) üzrə Mühəndis

İşin təsviri

Vəzifə öhdəlikləri:

- Təmir işlərinin keyfiyyətlə, standartlara uyğun şəkildə aparılmasına nəzarət etmək;
- Təmir işləri ilə əlaqədar planın tutulması, işlərin istehsalat planına və normativ sənədlərə uyğun həyata keçirilməsinə nail olmaq;
- Təmir işlərinin texnoloji ardıcıllıqla həyata keçirilməsinə və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət etmək;
- Təmir işlərinin plana və büdcəyə uyğun aparılmasına, kənarlaşmaların müvafiq qaydada sənədləşdirilməsi və əsaslandırılmasına nəzarət etmək;
- İşçi briqadalarının iş bölgülərini təyin etmək, onların istehsalat tapşırıqlarını vermək;
- İşlərə mühəndislik baxımından rəhbərlik etmək.

Namizədə tələblər:

- Təhsil - Ali təhsil (müvafiq sahədə)
- 3-ildən artıq mühəndis vəzifəsində iş təcrübəsi
- Kompüter bilikləri - MS office, Word, Excell, AutoCad
- Dil bilikləri - Azərbaycan, Rus
- Komandada işləmək bacarığı

İş yeri: Nardaran qəsəbəsi, Dəmiryolçular küçəsi.

Nəqliyyat servisi şirkət tərəfindən təmin olunur.

İş vaxtı: I-VI günlər

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər, növbəti elektron ünvana CV göndərə bilərlər: [email protected]