Avtoelektrik

  • AS Nagliyyat
  • Elanın qoyulma tarixi: 20.10.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

• Yük avtomobillərində və ağır tonajlı texnikalarda elektrik işlərini görmək;
• Texnikaların dinaması, starter və digər elektrikli hissələrini təmir etmək, yağlamaq;
• Gündəlik olaraq istismar olunan bütün yük maşınlarını və ağır tonajlı texnikaları müvafiq qaydada yoxlamaq və aşkarlanan nasazlıqlaqı aradan qaldırmaq;
• Təhkim olunmuş əl alətlərindən düzgün qaydada istifadə etmək, təmiz və səliqəli saxlamaq;
• Təmir və texniki baxış zamanı aşkar edilən digər nasazlıqlar barədə mexaniki məlumatlandırmaq;
• İş yerini təmiz və səliqəli saxlamaq, əmək və yanğın təhlükəsizliyi qaydalarına əməl etmək;
• Təhlükəsizlik standartlarına riayət etməklə böyük dəqiqliklə təmir işlərini aparmaq;

Vəzifə üzrə tələblər:

• Təhsil: Orta və ya orta ixtisas təhsili
• Müvafiq sahədə ən azı 2 illik iş təcrübəsi;
• Müasir texnika ilə işləmək bacarığı;
• Yaş həddi: 25 - 50 yaş

İş şəraiti:

• İş rejimi: 6 günlük iş rejimi
• Əmək haqqı: Razılaşmaya əsasən

Elanda qeyd edilən tələblərə uyğun olan namizədlər mövzu hissəsində vakansiyanın adını - “Avtoelektrik”, qeyd etməklə CV formalarını [email protected] mail ünvanına göndərə bilərlər.