PHP Backend Developer (Laravel)

  • United Skills
  • Elanın qoyulma tarixi: 20.10.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələb olunan bacarıqlar:

• PHP Developer (Laravel & MySQL) olaraq sektorda 1-3 illik təcrübə
• OOP prinsiplərini başa düşmək
• RESTful API yaradılması və inteqrasiyası
• Peşəkar debugging bacarıqları
• Yüksək trafikli platformalarla işləmə təcrübəsi
• Yüksək səviyyədə vaxt idarəetmə bacarığı
• Yaradıcılıq, strateji hərəkət etmə, riyazi düşünmə bacarığı
• Orta səviyyədə İngilis dili biliyi
• Orta səviyyədə DevOps təcrübəsi

Məsuliyyətlər:

• Müxtəlif layihələri üzrə verilən tapşırıqların vaxtında yerinə yetirilməsi üçün layihə meneceri ilə sıx işləmək
• Layihələrin planlanması, development'i, deploy edilməsi və baxımı
• Səliqəli və düzgün strukturda kodların yazılması, verilənlər bazasının düzgün arxitektura ilə hazırlanması
• Güclü optimizasiya və funksionallıqdan əmin olmaq üçün hazırlanan məhsulun sınaqdan keçirilməsi
• Verilən deadline'lar əsasında layihələrin vaxtında yerinə yetirilməsi
• Dizayner və development komandası ilə sıx işləmək
• Dayanmadan öyrənmək
Nə təklif edirik?
• Ölkənin ən yaxşı komandalarından birində işləyərək inkişaf etmək
• Yerli və qlobal inqilabi məhsulların hazırlanmasında iştirak etmək
• Rəqabətcil əmək haqqı, overtime'lar üçün saatlıq ödəniş
• Performansa görə əmək haqqında illik 50%'ə yaxın artım
• Müxtəlif təlim və treyninqlər üçün maliyyələşdirmə
• 0 bürokratiya - startup mühitində işləmək

Şərtlər:

• Əmək müqaviləsi (1 illik)
• 8 saat / 5 gün
• 30 günlük ödənişli məzuniyyət (ildə)
• Əmək haqqı namizədin bacarıqlarına əsasən müəyyən ediləcək (1400-2000 AZN arası)

Necə müraciət edilməlidir?

CV & portfolionuzu "PHP Backend Developer (Laravel)” başlığı ilə [email protected] ünvanına göndərin

Müraciət üçün son tarix – 29.10.2021

Yalnız seçilmiş namizədlərə müsahibə üçün məlumat veriləcəkdir.

Şirkət haqqında və vakansiyaya keçid - https://unitedskills.az/career/13