Anbardar (Region üzrə)

  • Kristal Abşeron
  • Elanın qoyulma tarixi: 20.10.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

– Ali təhsil;
– Müvafiq sahə üzrə 1-2 il iş təcrübəsi,
– Yaxşı səviyyədə kompüter bacarıqları (MS Office proqramları),
– Azərbaycan dilini mükəmməl bilməli, Rus dili arzuolunandır,
– Komandada işləmək bacarığı.

Vəzifə öhdəlikləri:

– Anbar üzrə mövcud mal və materialların təhlükəsizlik və bütövlük təminatını nəzarətdə saxlamaq;
– Mədaxil-məxaric sənədlərinin dövriyyəsini, mal- material təhvili qaydaları üzrə sənədləşmə prosesinə riayət olunması təmin etmək;
– Anbar sahələrindən səmərəli istifadə, materialların axtarılmasının asanlaşdırılması və tezləşdirilməsi nəzərə alınmaqla anbarda malların qəbulu, yerləşdirilməsi və buraxılması işlərini idarə etmək.
– Anbarda mal və materialların müvafiq sistem və ardıcıllıqla və səliqə ilə yığılması və yerləşdirilməsini təmin etmək;
– Mal-material dövriyyəsinin yalnız təsdiq edilmiş sənədlər əsasında həyata keçirilməsini təmin etmək;
– Mühasibatlıq tərəfindən təyin edilən dövriyyə hesabatları üçün müvafiq məlumatı mütəmadi olaraq təmin etmək;
– Anbarda mövcud bütün mal-materialların üzərində mühasibatlıq tərəfindən təyin edilmiş kodların olmasını təmin etmək;
– Anbarda sahənin vəziyyətinə, avadanlığın və inventarın vaxtlı təmirinə nəzarət etmək;
– Əmək təhlükəsizliyi və sağlamlığın mühafizəsi, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına riayət etməklə Anbarda yükləmə-boşaltma işlərini təşkil etmək;
– Mal və materialın inventarizasiyasına təlimatlara uyğun hazırlaşmaq, təşkil etmək və iştirak etmək;
– Köhnəlmiş, zərər görmüş, xarab olmuş mal - materialları təyin etmək və onlar barədə müvafiq izahatı mühasibatlığa təqdim etmək;
– Anbar əməliyyatlarının uçot və hesabatlarının aparılmasına nəzarət etmək;
– Anbarın işçilərinə rəhbərlik etmək və işçilərinin işlədikləri vaxtın tabel uçotunu aparmaq;
– Anbar işinin şirkətdaxili təlimat və qaydalara uyğun olaraq idarəedilməsini həyata keçirmək.

İş şəraiti:

- 6 günlük iş qrafiki;
- İş yeri: Lənkəran şəhəri və ya Salyan rayonu
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.

Əlaqə:

Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Anbardar (Region üzrə) ” üzrə yazmaqla '[email protected]'' elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi