Təhlükəsizlik üzrə mütəxəssis

İşin təsviri

İş şəraiti:

- İş yeri: Bakı şəhəri, Suraxanı rayonu
- 6 günlük iş həftəsi
- Nahar fasiləsi: 12:00-13:00
- Nahar müəssisə tərəfindən təmin edilir.

İş barədə məlumat:

- Təlimata əsasən tapşırılan obyektin müəyyən olunmuş vaxt çərçivəsində mühafizəsini təşkil etmək;
- Vəzifə yerini istisna hallar xaric tərk etməmək;
- Hadisələrə qarşı diqqətli davranmaq;
- Baş verən hadisə barədə birbaşa rəhbəri mütəmadi olaraq məlumatlandırmaq;
- Obyekti periodik olaraq olaraq gəzərək, göstərilən təlimatların təşkilini aparmaq;
- Hadisə zamanı hər bir detalı öyrənmək və məruzə etmək;
- Nəzarət Buraxılış Məntəqəsində giriş-çıxışa nəzarət etmək;
- Təhlükəsizlik kameralarına nəzarət etmək;
- Giriş-çıxış zamanı müvafiq qeydiyyatlar aparmaq, gətirilən və müəssisədən aparılan mal və avadanlıqların sənədlərini yoxlamaq;

Tələblər:

- Həqiqi hərbi xidmət keçmiş;
- İdmançı cüssəli, boyu 167 sm-dən yuxarı;
- Müşahidəçilik qabiliyyəti;
- Çətinliklərə dözməli, şəraitə uyğun düzgün qərar verməyi bacaran;
- Yaddaşının yaxşı olması;
- Qeydiyyat (sənədləşmə) işini bacarmalı;
- Mühafizə (növbə) işinin təşkili;
- Yaş həddi: 20-40;
- Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmaq;
- Orta təhsilli, ali təhsilli arzu olunandır;
- Məhkumluğu olmamalı;
- Fiziki cəhətdən sağlam olmalı.

Bu vəzifəyə müraciət etmək üçün CV-ni [email protected] ünvanına göndərə bilərsiniz. CV göndərən mövzu yerinə vəzifənin adını “Təhlükəsizlik üzrə mütəxəssis” göstərin.