İstehsalat və təmir bölməsi üzrə işçi

İşin təsviri

Vakansiyaların əhatə etdiyi peşələr:

• NÖC və avtomatika üzrə çilingər
• Elektriklər
• Statik və fırlanan avadanlıqlar üzrə çilingər
• Texnoloji qurğuların operatorları

Namizədlərə tələblər:

• Müvafiq peşə üzrə diplom
• Müvafiq sahə üzrə minimum 4 il təcrübə

Şirkətin təklifləri:

• Müddətsiz əmək müqaviləsi
• Növbəli iş rejimində gecə növbəsinə görə qanunvericiliyə uyğun əlavə ödəniş;
• Normal qrafikdə təmirə görə əmək haqqının 20 %-i nisbətində əlavə ödəniş;
• Yeməklə təminat
• Tibbi sığorta
• Xidməti avtobus
• Və digər korporativ imtiyazlar

SOCAR Downstream Heydər Əliyev adına Neft Emalı Zavodunda mövcud qurğuların rekonstruksiyası və yeni qurğuların inşası məqsədi ilə həyata keçirilən Modernizasiya və Yenidənqurma Layihəsi Avro 5 dizel və benzin istehsalını, emal gücünün artırılmasını və ekoloji təmiz mühit yaradılmasını hədəfləyir. Eyni zamanda, əsas missiyalarımızdan biri beynəlxalq şirkətlərin cəlb olunması ilə İstehsal Mükəmməliyi proqramı çərçivəsində zavodda müasir idarətmə və korporativ mədəniyyət dəyişikliyini həyata keçirməkdir

Son müraciət tarixi: 5 Noyabr 2021

Müraciət üçün linkə https://forms.gle/sPG8z5X4Pg5sySwRA daxil olaraq qeydiyyatdan keçməyiniz tələb olunur.

İşəgötürənin reytinqi