Mal-material üzrə mühasib

  • GreenPlast MMC
  • Elanın qoyulma tarixi: 18.10.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

• Alış sənədləri əsasında, xammal və materialların sistemə işlənməsi;
• Xammal, yarımfabriakt və hazır məhsul anbarı üzrə mədaxil və məxaric, yerdəyişmə sənədlərinin müntəzəm olaraq müvafiq şəxslərdən alınması və düzgün tərtib olunduğuna, sistemə işlənildiyinə nəzarət edilməsi;
• Hesabat ayı bitdikdə əsas xammal-materiallar üzrə faktiki miqdarın qeydiyyata alınması və sonradan təqdim olunan hesabatla tutuşdurulması;
• Mal-materialların inventarizasiyası prosesində fəal iştirak edilməsi, inventarizasiya üzrə cədvəllərdə uçot və faktiki miqdar-məbləğ olmaqla, habelə kənarlaşma miqdarı və məbləğini hesablanmasının həyata keçirilməsi;
• Hesabat ayı bitdikdən sonra 1-3 gün müddətində xammal anbarı, yarımfabrikat anbarı, hazır məhsul anbarı və digər anbarlar üzrə hesabatın və müvafiq təsdiqedici sənədlərin alınması və ilkin sənədlər üzrə təhlil edilib yoxlanılması;
• Alınmış ilkin sənədlər və hesabatlar əsasında aylıq material silinməsinin yoxlanılması və bunun üzərində nəzarət edilməsi;
• Müəssisədaxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası qaydalarına riayət edilməsi;
• Əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımınca icra edilməsi və onların pozulmasına yol verilməməsi;
• Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim edilməsi;

Tələblər:

• Ali iqtisadi təhsil;
• Kommersiya müəssisələrində (istehsalat sektoruna üstünlük verilir) ən az 3 il iş təcrübəsi;
• Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli;
• MS Office proqramlarını bilməli;
• Ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı.
• Yaş həddi 40 yaşa qədər(BƏY namizəd axtarılır)
• Maaş namizədin təcrübəsindən asılı olaraq mühasibə zamanı bildiriləcək.

Tələblərə cavab verən namizədlər CV –lərini [email protected] mövzu bölməsinə “Mühasib” qeyd edərək elektron ünvanına göndərə bilırərlər.

GreenPlast MMC tərəfindən digər vakansiyalar