Layihə rəhbəri

  • A2Z Advisors
  • Elanın qoyulma tarixi: 17.10.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

ÖHDƏLİKLƏR:

- Layihələrin vaxtında, əhatə dairəsi və nəzərdə tutulmuş büdcəyə müvafiq olaraq icra edilməsinin təmin olunması;
- İnkişaf və layihə gedişatını izləmək üçün tədbirlər planının hazırlanması;
- Müvafiq yoxlama üsullarından istifadə edərək, layihənin əhatə dairəsi, icra olunma müddəti və layihə xərclərindəki dəyişikliklərin idarə olunması;
- Layihələrin məqsədəuyğun icrası üçün əlaqələrin qurulması və daxili resurslar, üçüncü tərəflər, dövlət qurumlarının əlaqələndirilməsi;
- Müvafiq alət və üsullardan istifadə edərək layihə fəaliyyətinin qiymətləndirilməsi;
- Layihə risklərini minimuma endirmək üçün risklərin idarə olunması və profilaktikası;
- Layihə ilə əlaqəli sənədlərin hazırlanması və saxlanılması;
- Komanda üzvlərinə rəy, məsləhətlərin verilməsi və yeniliklərə təşviq edilməsi.

TƏLƏBLƏR:

Təhsil:
- İdarəetmə və ya texniki sahədə bakalavr;
- Layihələrin idarə edilməsi üzrə sertifikatlaşma(PMI və IPMI) arzuolunandır;

Texniki səriştələr:
- MS Excel, Project ,Power Point, Word yüksək səviyyədə;
- MS Visio və ya digər cədvəl çəkmə proqram təminatlarında işləmə bacarığı;
- Adobe photoshop işləmə bacarığı;
- Layihələrə dair sənədləşmənin yüksək səviyyədə aparılması (İlkin analiz sənədi, Texniki tapşırıq sənədi və s.)

Təcrübə:
- Minimum 2 il müvafiq sahədə iş təcrübəsi;
- ESD layihələrində iş təcrübəsi arzuolunandır;

Yumşaq bacarıqlar:
- Analitik və kreativ düşüncə tərzi;
- Komanda şəklində işləmə bacarığı və effektiv ünsiyyət;
- Nəticəyönümlülük və punktuallılıq;
- Yüksək təşkilatçılıq və liderlik;
- Təşəbbüskarlılıq və tələbkarlılıq.

ƏMƏK ŞƏRAİTİ:

- İş rejimi: 5 günlük iş həftəsi
- Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV formasını [email protected] ünvanına göndərin.