Təhlükəsizlik şöbəsində şöbə rəisi

  • AGA GROUP
  • Elanın qoyulma tarixi: 17.10.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əmək haqqı: 900 AZN (nett)
İş rejimi: 5 gün
İş yeri: Demirçi Tover
Son müraciət tarixi: 11.11.2021

Vəzifə öhdəlikləri:

1-Müəyyən edilmiş qaydalara müvafiq olaraq müəssisənin mühafizə şöbəsinin işinin təşkili;
2- İstehsal müəsisəsinin və müəssisə ərazisində olan bina, əmlak, avadanlıq, mal-materialların mühafizəsinin təmin edilməsini həyata keçirmək;
3-Tabeliyində olanlar tərəfindən nəzarət buraxılış məntəqəsindən işçi heyətinin və qonaqların buraxılması barədə təlimata uyğun hərəkətlərin edilməsinə nəzarət edir;
4-Binada baş verə biləcək fövqaladə hal üzrə alınacaq tədbirlər və işçiərin vəzifə təlimatlarını öyrənilməsinə nəzarət edir;
5-Şirkət daxilində mümkün ziyan vura biləcək əməllərin qarşısın alınması üzrə müvafiq tədbirlər təşkil edir;
6- Müəssisənin ərazisinə və istehsal sahəsinə giriş və çıxışla bağlı tətbiq olunan rejimlərin tələblərinə əməl olunmasını təmin etmək;
7-Tabeliyində olan növbətçilərin fiziki və peşə hazırlığının lazımi səviyyədə olmasını təmin edir, professional keyfiyyətlərinin artırılması üçün şərait yaradır;
8-Şirkət daxilidə xidmətin təşkilinə nəzarət edir və yoxlamalar aparır, aşkar olunan nöqsanları aradan qaldırır;
9- Fəaliyyəti ilə əlaqədar mütəmadi olaraq, rəhbərliyə hesabatlar vermək.

Vəzifə tələbləri:

- Təhsili/ixtisası: Ali
- İş təcrübəsi: Mühafizə işinin təşkilində rəhbər kimi minimum 3-5 il iş təcrübəsi
- Sertifikat/vəsiqə/lisenziya:
- Xüsusi tələblər: Yaş həddi 30-35
- Dil bilikləri: rus dili, inglis dili
- Kompüter bilikləri: Microsoft Office

Digər məlumatlar:

Ünvan: Caspian Plaza, C.Cabbarlı 44, Bakı, AZ1065

Vakansiya üçün müraciət qaydası: Müraciət etmək istəyən namizədlər mövzu hissəsində vəzifənin adını qeyd etməklə CV-lərini [email protected] e-mail ünvanına göndərməlidirlər.

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi