Baş Mühasib

  • AzerFloat
  • Elanın qoyulma tarixi: 14.10.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Azerfloat komandası olaraq biz sizə vəd edirik:

- Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
- Müvəffəqiyyətli karyera üçün sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
- Daim araşdırmaq, yeniliyə və təşşəbüskarlığa önəm verən xarici və yerli peşəkarlarla təcrübə mübadiləsi imkanı;
- Davamlı inkişafda olan peşəkar komandanın üzvü olmaq imkanı;

Vəzifə və Öhdəlikləri:

• Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin mühasibat əməliyyatlarının dəqiq uçotunun təşkil edilməsi;
• Vergi (ƏDV, ÖMV, Mənfəət, Sadələşdirilmiş, Gəlir, Əmlak,Mədən), DSMF və statistika hesabatlarının hazırlanması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara təqdim olunması;
• Dövlət büdcəsinə ödənişlərin dəqiq hesablanması və qanunvericilikdə müəyyən edilmiş müddətdə köçürülməsi;
• Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsinin təmin edilməsi;
• Maliyyə nizamına ciddi əməl edilməsinin, inzibati təsərrüfat və digər xərclərin, çatışmazlıqların və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsinin təmin edilməsi;
• Əsas vəsaitlərin müvafiq qaydada qeydiyyatının aparılmasına, amortizasiyası və təmir xərclərinə nəzarət edilməsi;
• Mühasibat sənədlərinin tərtib olunması, saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsinin təşkil edilməsi;
• Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış formada tərtib edilməsində iştirak etməsi;
• Təhtəlhesab, balans, avans hesabatının aparılması;
• Debitor və kreditor borclara nəzarət edilməsi;
• Daxili mühasibatlıq sistemində yerli və xarici köçürmələrin icrasına nəzarət edilməsi;
• Vergi və digər dövlət orqanları ilə müvafiq yazışmaların aparılması;
• Mühasibatlıq departamentinin işçilərinin iş keyfiyyətinə nəzarət, effektiv iş bölgüsünün aparılması və hədəflərin qoyulmasının təmin edilməsi;
• Mühasibat işinin səmərəli təşkilinin təminatı üçün zəruri daxili nəzarət sisteminin qurulması və idarə olunması;
• Daxili və kənar audit zamanı audit prosesinə zəruri dəstəyin göstərilməsi;

Tələblər:

• Ali İqtisadi təhsil ( Mühasibat uçotu və audit üzrə ali təhsil arzuolunandır );
• Müvafiq vəzifədə istehsalat müəssisələrində minimum 5 il iş təcrübəsi;
• Vergi Məcəlləsi və Mühasibatlıqla bağlı yerli qanunvericilik üzrə mükəmməl biliklər;
• MS Office (xüsusilə Excel);
• ERP –SAP proqramında işləmək bacarığı;
• ACCA imtahanlarında uğurlu nəticə;
• Rus (yüksək səviyyədə), İngilis dili bilikləri (arzu olunandır);
• Maliyyə, hesabatlılıq və daxili nəzarət mövzuları üzrə sertifikasiyalar arzuolunandır;

Xüsusi bacarıqlar:

• Komandada işləmək bacarığı və işi təşkil etmə bacarığı;
• Etibarlılıq və dürüstlük;
• Düzgün analiz edə bilmə bacarığı;
• Analitik və tənqidi düşünmə bacarığı;
• Detallara diqqət yetirə bilmək;

İş şəraiti:

• İş qrafiki: 5 günlük;
• İş saatı: 09:00 – 18:00;
• Tibbi sığorta;
• Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır

Mövzü yerinə vəzifənin adını yazıb [email protected] email ünvanına göndərməyiniz xahiş olunur.