Satış Sənəti Təcrübə proqramı

  • PASHA Insurance
  • Elanın qoyulma tarixi: 13.10.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

“Satış Sənəti” Təcrübə proqramının üstünlükləri nələrdir?

• Tam onlayn şəkildə, evdən çalışmaq imkanı
• Ödənişli təcrübə proqramı olması
• Sığorta və Satış sahəsi üzrə geniş təlim proqramında iştirak
• “Satış Sənəti” Təcrübə proqramını bitirmiş təcrübəçilərə proqramın sonunda iştirakla bağlı sertifikat təqdim ediləcəkdir
• Proqramı uğurlu başa vurmuş yüksək performans göstərmiş təcrübəçilər PAŞA Sığorta ASC şirkətinin Telesatış komandasında iş imkanı qazanacaqlar

Hansı namizədlərə üstünlük verilir?

• Tam günlük təcrübə proqramı olduğu üçün yeni məzun olmuş və ya qiyabi təhsil alan gənclər
• Karyerasını satış sahəsində qurmaq istəyən təcrübəsiz və ya 1 ildən az təcrübəsi olan namizədlər
• Karyerasında bir müddət fasilə etmiş və yenidən başlamaq istəyən namizədlər

Son müraciət tarixi: 05 Noyabr 2021.

Əgər siz də PAŞA Sığorta ailəsinə qoşulmaq və uğurlu karyeranıza bizimlə başlamaq istəyirsinizsə CV-nizi məktubun mövzu hissəsində “Satış Sənəti” Təcrübə proqramı qeyd etməklə [email protected] ünvanına göndərməyiniz xahiş olunur.

İşəgötürənin reytinqi