Sənədlərə nəzarət üzrə Mütəxəssis

  • AS Nagliyyat
  • Elanın qoyulma tarixi: 13.10.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

• AR Qanunvericiliyinə əsasən sənədləşmə- daxil və xaric olan məktublar, müqavilələr və sənədlərin qeyd edilməsi;
• Kargüzarlığın təşkili (sənədləşmənin) və müqavilələrin hazırlanıb aidiyyatı struktura təqdim edilməsi;
• Aylıq dövri sənədlərin hazırlanması və aidiyyatı üzrə təqdim edilməsi;
• Müqavilələr və müvafiq sənədlərin bazasının yaradılması;
• Struktur bölmənin daxil və xaric olunan məktublar bazasının yaradılması;
• Sənədlərin arxivləşdirilməsinin təmin edilməsi;
• Müvafiq həftəlik və aylıq hesabatların hazırlanması;
• Məxfi məlumatların qorunmasının təmin edilməsi.

Vəzifə üzrə tələblər:

• Ali təhsil;
• Sahə üzrə ən azı 2 illik iş təcrübəsi;
• Yüksək yazılı və şifahi ünsiyyətqurma qabiliyyəti;
• Məsuliyyətlilik, detallara qarşı diqqətlilik;
• Operativlik, vaxtdan düzgün istifadə bacarığı;
• Fərdi və komanda tərkibində işləmək bacarığı;
• Kompüter bacarıqları (MS Word, Excel, Outlook, Internet və digərləri).

İş şəraiti:

• İş rejimi: 6 günlük iş rejimi
• Əmək haqqı: Razılaşmaya əsasən

Elanda qeyd edilən tələblərə uyğun olan namizədlər mövzu hissəsində vakansiyanın adını - “Sənədlərə nəzarət üzrə Mütəxəssis”, qeyd etməklə CV formalarını [email protected] mail ünvanına göndərə bilərlər.