Kredit Mütəxəssisi (Bərdə, Ağdam, Tərtər)

İşin təsviri

İnkişaf üçün Maliyyə MMC
Bank olmayan kredit təşkilatı Bərdə, Ağdam, Tərtər rayonları ərazisində işləmək üçün  Kredit Mütəxəssisi vakansiyası üzrə sənəd qəbulu elan edir


Tələblər:

• Biznes sahəsində təcübənin olması (ticarət, xidmət, istehsal və s) və iqtisadi təhlil aparmaq qabiliyyəti və bacarığı;
• Hesablama bacarıqları
• İnsanlarla rahat ünsiyyət qurmaq qabiliyyəti
• Azərbaycan dilində səlis danışmaq, başa düşmək, fikri başa düşülən səviyyədə ifadə etmək;
• Kredit haqqında müəyyən bilik və təcrübənin olması arzuolunandır;
• Biznes sferasında marketinq mütəxəssisi, mühasib, əmtəəşünas və ya uyğun sahələrdə təcrübəsi olanların nisbi üstünlüyü vardır;

Kredit işləri üzrə köməkçinin görəcəyi iş:
Kredit işləri üzrə köməkçinin iş vaxtının əsas hissəsi kredit götürmək ehtimalı olan insanların fəaliyyət göstərdiyi yerlərdə, məsələn, yarmarka və ticarət mərkəzlərində, həmçinin, biznes obyektlərinin cəmləşdiyi ünvanlarda, kəndlərdə məlumat xarakterli, eləcə də, artıq kredit üçün müraciət etmiş şəxslərlə təhlil və araşdırma görüşlərinə, kredit götürmüş şəxslərlə monitorinq işlərinə sərf olunacaqdır.


Sənədləri göndərin:

Faks:  (994 12) 492 77 63 (dax:11)  (Bakı) 
E-poçt: [email protected]    

Xüsusi Qeydlər:

1. Ərizələrin (CV-lərin) qəbulu 31 Oktyabr 2012-ci il tarixinədək davam edəcəkdir.
2. Ərizələrdə (CV-lərdə) sizi qane edəcək əmək haqqı məbləğini mütləq qeyd edin.
3. Ərizələri (CV və ya Resumeləri) e-mail ünvanımıza göndərərkən mövzu yerinə "Bərdə- Kredit Mütəxəssisi" yazmağınız xahiş olunur. Əks halda CV-nizə baxılmayacaq.
4. Yalnız müsabiqəyə dəvət olunan şəxslərlə əlaqə saxlanılacaq. Telefonla zəng etməməyiniz xahiş olunur.


Müsabiqə Bərdə şəhərində keçiriləcək.