NoSQL Database Mühəndisi (Junior/Mid level)

  • Kapital Bank
  • Elanın qoyulma tarixi: 12.10.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər:

• Mövcud problemləri qiymətləndirmək və həmin problemlərinin həll olunması üçün müxtəlif komandaların proqramçıları ilə işləmək;
• Proqram təminatlarının yerləşdirməsində yaranan çətinlikləri müəyyənləşdirmək və həll etmək;
• Yeni yaradılacaq proyektlərin verilənlər bazasının strkturunu və həmin strukturda olan asılılıqları proqramçılar ilə işləmək;
• Təşkilat üçün verilənlər bazalarının arxitekturunu standartlaşdırma və avtomatlaşdırma prosesləri üzrə planını hazırlamaq;
• İstifadə edilən sistemlərin vəziyyətini yoxlamaq, nəzarət etmək, və müvafiq hesabatların hazırlanması kimi gündəlik tapşırıqları yerinə yetirmək;
• Konfiqurasiyanın idarə edilməsi və problemlərin aradan qaldırılması biliklərini qorumaq və artırmaq;
• Dəstəklənən texnologiyalardan və infrastrukturdan istifadə edərək tətbiqlərin yerləşdirməsində fəal iştirak etmək.

Tələblər:

• NoSQL (MongoDB, Apache Cassandra) mühəndisi kimi iş təcrübəsi;
• Komanda əməkdaşlığı ilə innovativ həlləri tətbiq etmək bacarığı;
• Yeni texnologiyaların öyrənməsinə həvəsli və yeniliklərdən daim xəbərdar olmaq;
• İş yerində şəffafllıq və güvən mədəniyyətini prioritet tutmaq.;
• Linux əməliyyat sistemi ilə təcrübəsi mütləqdir;
• Docker və Kubernetes ilə iş təcrübəsi arzuolunandır.

Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud [email protected] email ünvanına mövzü hissəsində vakansiyanın adı qeyd edərək CV göndərə bilərsiniz.

İşəgötürənin reytinqi