Beynəlxalq əlaqələr üzrə koordinator-tərcüməçi

İşin təsviri

İş barədə məlumat:

• Beynəlxalq əlaqələrin qurulması (görüşlər, yazışmalar, zənglər, qəbullar və s.);
• Beynəlxalq təşkilat, qurum və şirkətlərin əməkdaşlığa cəlb olunması;
• Layihələrin hazırlanması və rəhbərliyə təqdim olunması;
• Rəhbərin tapşırıqlarının yerinə yetirilməsi;
• Təqdim olunan materialların tərcüməsi.
• İş qrafiki: 09.00-18:00, həftədə 5 gün. Şənbə və bazar günü istirahət günüdür.

Namizədə aid tələblər:

• Azərbaycan dilindən başqa, ingilis, rus, alman və ya fransız dillərindən birini mükəmməl bilmək;
• Tərcümə sahəsində təcrübə;
• Sənədlərlə işləmək bacarığı;
• Beynəlxalq təşkilat və qurumlarla iş üzrə təcrübə;
• İşə yaradıcı yanaşma, təşkilatçılıq və ünsiyyət qurmaq qabiliyyəti;
• Vəzifə öhdəliklərini vaxtında yerinə yetirmək;
• Komandada işləmək bacarığı;
• Səliqəli və işində dəqiqlik.

Əmək haqqı: 500-900 AZN

Xahiş olunur “[email protected]” elektron ünvanına məktubun mövzu bölümündə vakansiyanın adını (“beynəlxalq əlaqələr üzrə koordinator-tərcüməçi”) qeyd etməklə, CV-ni Azərbaycan dilində göndərəsiniz.

Tel.: +994 12 595 10 69
Mob.: +994 55 988 89 30

Azərbaycan Dövlət Tərcümə Mərkəzi tərəfindən digər vakansiyalar