Əməliyyat Meneceri

  • You Will Speak
  • Elanın qoyulma tarixi: 05.10.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barəsində məlumat:

● Mərkəzimizdəki departamentlər üzrə icra edilən işlərin koordinasiyası, idarə olunması və monitorinqi
● Müştərilərlə əlaqələrin idarə edilməsi, satış və marketinq fəaliyyətinin planlaşdırılması üzrə həyata keçirilən bütün əməliyyatlara nəzarət etmək və hesabat almaq
● Müştəri xidməti proseslərinin optimallaşdırılması: anket formalarının göndərilməsi, ödənişlərin toplanması, ssenarilər və ünsiyyət şablonlarının yazılması, tələbələrin yenidən qruplaşdırılması
● Müştəri problemlərini həll etmək
● Səmərəliliyin artırılması və iş prosesinin sürətləndirilməsi üçün biznes fəaliyyətinin yaxşılılaşdırılması üzrə təkliflər irəli sürmək
● Mühasib/maliyyə direktoru ilə gəlir, mənfəət və əməliyyatla bağlı təkmilləşdirmə üzrə danışıqlar aparmaq

Tələb olunan bacarıqlar:

● Liderlik bacarıqları
● Biznesin inkişaf etdirilməsi istiqamətində kommersiya biliklərinə malik olmaq
● Steykholderlərin idarə edilməsi və biznes ideyaları üzrə danışıqların aparılması üzrə yüksək bacarıqlara malik olmaq
● Əməliyyatların aparılması üzrə yüksək motivasiyalı iş prinsipinin olması
● Keyfiyyətə nəzarət bacarıqları
● Müştərilərlə qarşılıqlı münasibətlərin idarəolunması
● Azərbaycan, ingilis və rus dillərində şifahi və yazılı ünsiyyət bacarığı

Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “Əməliyyat Meneceri” qeyd edərək öz CV-lərini [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.