Satış nümayəndəsi

  • Elanın qoyulma tarixi: 05.10.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş haqqında:

● Potensial müştəriləri müəyyənləşdirmək və işgüzar əlaqələri qurmaq;
● Potensial satış nöqtələri ola biləcək məntəqələrə ziyarət, ehtiyyacları analiz etmək;
● Təqdimatların keçirilməsi və təkliflərin verilməsini təşkil etmək;
● Təklif əsasında müqaviləni hazırlamaq və müştəriyə imzalatdırmaq;
● Yeni və mövcud müştərilər üzrə məlumat bazasının formalaşdırılmaq;
● Müəyyən edilmiş satış planı çərçivəsində müntəzəm olaraq günlük, həftəlik və aylıq hesabatları təqdim etmək.

Tələblər:

● Ali təhsil;
● Satış sahəsi üzrə ən azı 1 (bir) il iş təcrübəsi;
● Mənzillərə satış təcrübəsi olanlara üstünlük verilir;
● Azərbaycan dili - əla, Rus dili bilməsi üstünlükdür;
● Yüksək səviyyədə ünsiyyət qurmaq və təqdimat aparmaq bacarığı;
● Təşəbbüskarlıq, müştəri yönümlülük, məsuliyyətlilik, dürüstlük.

Uyğun və maraqlanan şəxslər CV-lərini [email protected] e-mail ünvanına göndərə bilərlər.