Vəzifə öhdəlikləri:
• Şirkətin məhsullarının rəflərinin səliqəsini nəzarətdə saxlamaq;
• Müvafiq məlumatları vaxtında rəhbərliyə vermək;
• Ticarət obyektlərində reklam fəaliyyətini təşkil etmək;
• Müəyyənləşdirilən qaydada mal düzülüşünə nəzarət etmək;
• Ticarət obyektlərinin stend və dükanüstü reklamların təminatını həyata keçirmək;
• Məhsulların ticarət nöqtələrində şirkətin təyin edilmiş standartlarına uyğun düzülüşünü təmin etmək;
• Günlük plan üzrə ticarət nöqtələrinə ziyarəti həyata keçirmək.
• Görülən işlərlə bağlı hesabatlar təqdim etmək.
Əmək haqqı: Razılaşma yolu ilə.
Tələblər:
• Təhsil: Ali
• Yaş həddi: 22-40;
• Cinsi: kişi;
• Dil bilikləri: Azərbaycan və Rus dili;
• Merçendayzinq üzrə 2 il iş təcrübəsi;
• Ms Office proqramlarında işləmə bacarığı olmalı;
• Şəxsi avtomobil olması mütləqdir (yanacaq şirkət tərəfindən ödənilir).
İş şəraiti:
• İş saatı: 09:00-dan 18:00-dək;
• İstirahət: şənbə və bazar günü;
• İş yeri: Bakı ş., Azərbaycan ( baş ofis)
Əlavə tələblər:
• İşinə vicdanla yanaşan, dəqiq və dürüst olması tələb olunur;
• Təmkinlilik, etibarlılıq, özünəinamlılıq;
• Səliqəli, təşkilatçı, operativ, bacarıqlı;
• Respublika daxili ezamiyyətə getmə imkanı.
Qeyd:
CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək [email protected] ünvanına göndərin.