Performansın idarəolunması üzrə mütəxəssis

İşin təsviri

Vəzifə öhdəlikləri:

• Fəaliyyətin Qiymətləndirmə prosesin inkişafı üçün vasitələrin hazırlanmasında, tərtibatında, saxlanmasında və icrasında kömək edir;
• Fəaliyyətin Qiymətləndirmə prosesini hazırlamaq, həyata keçirmək və izləmək; təşkilat daxilində biznes hədəflərini və əsas fəaliyyət göstəricilərini kaskad edərək fəaliyyət dövrünü idarə etmək;
• Təşkilatın strateji məqsədləri və işçilərin gündəlik fəaliyyət və vəzifələri arasında əlaqə yaratmaq; hədəfləri təyin etməklə, yarımillik izləmə və il sonu qiymətləndirmə prosesini həyata keçirməklə fərdi, komanda və təşkilati inkişafa dəstək vermək;
• Fəaliyyətin qiymətləndirmə prosesin əsas fəaliyyət göstəricilərinin, əsas səriştələrin və əsas dəyərlərin həyata keçirilməsinə nəzarət etmək;
• Fəaliyyətin qiymətləndirmə sistemlərini, müxtəlif vəzifələr üçün səriştəlik modellərini, istedadların idarəolunması sahəsində təşəbbüslər üçün spesifik fəaliyyətin qiymətləndirmə iş planlarını, habelə işçi səriştəsinin qiymətləndirilməsi, inkişafı və təşviqi standartlarını tərtib edir;
• Fəaliyyətin qiymətləndirmənin nəticələrini, inkişaf planlarını, öyrənmə və inkişaf fəaliyyətlərinə yenidən baxılması ilə bağlı müraciətlərə cavabların verilməsi ilə əlaqədar nəticələrinin icrasını təşkilat daxili əlaqələndirir;
• Məqsəd və vəzifələri özündə cəmləşdirən fəaliyyət modelinin yaradılmasına kömək edir.

Tələblər:

• Fəaliyyətin idarə olunması sahəsində 3-5 il iş təcrübəsi;
• Ali təhsil (İnsan Resurslarının İdarəolunması, Sosial Elmlər, Biznes İdarəçiliyi kimi sahələrdə ali təhsil arzu olunandır);
• İnsan Resurslarının İdarəolunması və ya İş Fəaliyyətinin İdarəolunması sahəsində müvafiq sertifikatlar əlavə üstünlükdür;
• Microsoft Office (Word, Excel) proqramlarında sərbəst işləmək (1С 8.3 proqramında işləmə bacarığı arzuolunandır)
• Analitik düşünmə tərzi, ünsiyyətcil, təqdimat bacarığı;
• Operativ və düzgün qərar vermək bacarığı;
• Problemləri həll etmə bacarığı.
• İşgüzar Azərbaycan dilini mükəmməl səviyyədə (yazılı və şifahi) bilmək. İngilis dili əlavə üstünlükdür;

Səriştələr:

• Məsuliyyətli
• Şəxsi inkişafa meylli
• Pozitiv
• Özünütəşkiletmə qabiliyyəti
• Nailiyyət yönümlülük
• Etibarlılıq
• Dürüstlük

Əlavə məlumat:

• Əmək haqqı razılaşma əsasında;
• İş qrafiki: Beş günlük iş həftəsi
• İş yeri: Baki şəhəri, Qafqaz Business Center
• Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Əgər ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə ən son yenilənmiş CV-nizi “JS Performansın idarəolunması üzrə mütəxəssis” mövzusu ilə [email protected] elektron ünvanına göndərə bilərsiniz.

"MKT İK" MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.

MKT İstehsalat Kommersiya MMC tərəfindən digər vakansiyalar