Hüquqşünas

  • VMF
  • Elanın qoyulma tarixi: 27.09.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

• Qanun mahiyyətli sənədləri işləyib hazırlamaq və ya hazırlanmasında iştirak etmək;
• Şirkətin bölmələrini hüquqi məsləhət və yardımla təmin etmək;
• Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabları hazırlamaq;
• Sənəd və müqavilələrin hüquqi ekspertizasını həyata keçirmək;
• Aidiyyəti məsələlərə dair rəyləri hazırlamaq;
• Protokolları hazırlamaq;
• Əmr və sərəncamları hazırlamaq;
• Məhkəmə və digər dövlət orqanlarına sənədlərin hazırlamaq;
• Hüquq şöbəsinə daxil olan və çıxan sənədlərin, işlərin uçotunu aparmaq;
• Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.

İş qrafiki: 09:30 – 18:30 (6 günlük iş qrafiki)
İşə qəbul əmək qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

Namizədə tələblər:

• Ali təhsil;
• Azərbaycan və rus dili mütləq , ingilis dili arzuolunandır;
• Müvafiq sahə üzrə iş təcrübəsi 5 il.
• MS Word, MS Excel və MS Outlook proqramları üzrə biliklər zəruridir;
• Azərbaycan Respublikasının qanunvericilik və normativ-hüquqi aktlarını bilməli;
• Azərbaycan Respublikasının mülki, mülki-prosessual, əmək, inzibati hüququnun, vergi hüququnun əsaslarının bilməli;
• Kargüzarlıq işinin əsaslarını bilməli;
• Hüquqi sənədlərin sistemləşdirilməsi, aparılması və uçotu qaydalarını bilməli;

Namizədlər CV-lərini hüquqşünas başlığı ilə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

İşəgötürənin reytinqi

VMF tərəfindən digər vakansiyalar