Texniki nəzarət mühəndisi

  • AS İnşaat MMC
  • Elanın qoyulma tarixi: 27.09.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Yerinə yetirəcəyi işlər:

- Tikintinin gedişatı zamanı müxtəlif işlərin(elektromontaj,sanitar və s.) icra edilməsininin keyfiyyətinə nəzarət edir;
- Nəzarətin nəticələri uzrə qeydlər aparır;
- Nəzarət nəticəsində üzə çıxan uyğunsuzluqlar haqqında layihənin iş icraçısına məlumat verir;
- Təşkilatın layihələrinin icrası zamanı baş verən çətinlik və uğursuzluqların(geciktirmə,keyfiyyətin aşağı düşməsi və s.) səbəblərini, layihə obyektlərinin istismarı haqqında məlumatları analiz edir;
- Başa çatmış tikinti-montaj işlərinin qeydini aparır;
- Ümumi tikinti planının icrası haqqında hesabat üçün lazım olan məlumatları hazırlayır;
- Ortaya çıxan nöqsanları aradan qaldırmaq üçün tədbirlər görür;
- Tikinti təşkilatları tərəfindən nöqsanların aradan qadırılmasının keyfiyyətinə nəzarət edir;
- Tikinti-montaj işlərinin icrasını,podratçı təşkilatlardan başa çatmış işlərin qəbulunu,başa çatmış tikinti-montaj işlərin və obyektlərin qəbulunu həyata keçirir,lazımi texniki sənədləşməni tərtib edir;
- Tikinti zamanı üzə çıxan layihə üzrə qərar dəyişikliklərin müzakirə və razılaşdırılmasında,tikinti obyektlərinin qəbul və istismarını həyata keçirən komissiyada iştirak edir:

Səriştələr:

- Tikinti obyektinin idarə olunmasının, planlaşdırılması işləri,tikinti texnologiyasını, qabaqcıl yerli və xarici metodiki materialları, tikintinin norma və qaydalarını.
- Layihə-smeta və digər texniki sənədlərin hazırlanma və sənədləşdirmə, aparılan tikinti işlərinin qeydlərinin tutulması və hesabatın hazırlanması qaydalarını;
- Tikinti sahəsində olan istehsal avadanlıqlarını, onların istismar qaydalarını;

Tələblər:

- Ali texniki təhsil (mülki tikinti, inşaat mühəndisliyi,inşaat və texnologiya və başqa uyğun ixtisaslar)
- Müvafiq sahə üzrə 5 ildən yuxarı iş təcrübəsi.
- Microsoft Office, AutoCad,

Əmək haqqı 1600 AZN

İş yeri Xaçmaz rayonu, Xanoba kəndində yerləşir
İş rejimi 6 günlük
İşçi qalmaq üçün yer və qida ilə təmin edilir.

CV üçün e-mail : [email protected] (“Texniki nəzarət mühəndisi” başlığı ilə göndərməyiniz xahiş olunur)

AS İnşaat MMC tərəfindən digər vakansiyalar