1. ƏMƏK HAQQI: 600 AZN ((net) + satışlardan 5% bonus (minimum plan 10.000 AZN, maksimum limitsiz) + 100 AZN (nəqliyyat, mobil rabitə və s. xərclər üçün);
2. VƏZİFƏNİN NÖVÜ: 95% OFİS XARİCİ, 5% OFİS DAXİLİ (müştərilərə zəng edib görüş təyin etmək və ya görülən işlər haqqında hesabat hazırlamaq üçün);
3. SATILACAQ MƏHSUL VƏ XİDMƏTLƏR: İNTERYER VƏ EKSTERYER LAYİHƏLƏR (DİZAYN) (fərdi evlərin, inzibati binaların, villaların, ticarət və istehsalat təyinatlı obyeklərin, hovuz və landşaft).
Hansı iş şəraiti təklif olunur:
• Korporativ mobil nömrə;
• İş qrafiki: Həftə içi 6 gün (bazar günü istirahət), 09:00 – 18:00 (13:00 – 14:00 nahar fasiləsi);
• İş yeri: Bakı şəhəri, Azure Biznes Mərkəzi, 9-cu mərtəbə.
Biz kimi axtarırıq:
• Ali/orta təhsilli;
• Azərbaycan vətəndaşı olmalı;
• İstənilən məhsulu satmağı bacaran və ən azı son 2 ili uğurlu satışlar əməliyyatlarını reallaşdırmış;
• Dil biliyi: Azərbaycan dilini (yazmaq, oxumaq, danışmaq, anlamaq) yüksək səviyyədə bilməli.
• Standart MS Office proqramları haqqında bilik və bacarıqlar: (Excel (hesabat üçün), PowerPoint (təqdimat keçirmək üçün)).
• Şəxsi avtomobilin olması mütləqdir (amortizasiya xərcləri qarşılanır);
• MÜŞTƏRİ BAZASININ OLMASI ÜSTÜNLÜKDÜR.
İş barədə məlumat:
SADƏCƏ ŞİRKƏTİN MƏHSUL VƏ XİDMƏTLƏRİNİ SATMAQ VƏ QAZANMAQ
• Qoyulan satış hədəflərini həyata keçirmək;
• Potensial müştərilərin tapmaq, onlara təkliflər vermək;
• İşgüzar görüşlər təşkil edərək təqdimatlar keçirmək, danışıqlar aparmaq, yeni müştəriləri şirkətə cəlb etmək
• Rəhbərliyə satışlar haqqında həftəlik hesabatlar təqdim etmək;
• Rəhbərliyin digər yazılı və şifahi tapşırıqlarını yerinə yetirmək.