Təcrübə proqramı (ödənişli)

İşin təsviri

Sizə nə təklif edirik?

• Regiounun ən böyük logistik mərkəzində, peşəkarların əhatəsində təcrübə keçmək və çalışmaq imkanı;
• Yüksək komanda ruhunda əməkdaşlıq;
• Öz bilik və bacarıqlarınızı nümayiş etdirərək karyera qurmaq imkanları;
• Fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək üçün əlverişli mühit;
• Anbar, satış sahələrində bilik və bacarıqlara yiyələnərək gələcək kariyeranızda böyük nailiyyətlər əldə etmək imkanı;
• Abşeron Logistika Mərkəzinin peşəkar komandasının bir üzvü olmaq şansı.

Peşəkar komandamıza qoşulmaq üçün nələr lazımdır?

• Ali təhsil;
• Azərbaycan dili əla səviyyədə, İngilis və Rus dili arzuolunandır;
• Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdimetmə, inandırma və satış bacarıqları;
• Gülərüzlülük, səliqəlilik və xoş görkəm;
• Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
• Aktiv, məsuliyyətli və nəticəyə işləmək bacarığı;
• Yüksək araşdırma və tədqiqat bacarığı;
• Davamlı olaraq nəticələr əldə etmək və şirkətlə birlikdə böyümək arzusu;
• Yeni bilik və bacarıqlara yiyələnmək həvəsi, təşəbbüskarlıq;
• Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə çevik uyğunlaşmaq bacarığı.

Təcrübə Proqramı hansı fəaliyyətləri əhatə edəcək?

• Cari müştərilərə xidmətin göstərilməsi;
• Yeni müştərilərin axtarışı və cəlb edilməsi;
• PR və promo aksiyalarda iştirak;
• Bazarın araşdırılması, mövcud rəqiblərin təqib və analiz edilməsi;
• Görüş və təqdimatların təşkili;
• Müştərilər ilə uzunmüddətli əlaqələrin qurulması;
• Müştəri məmnuniyyətinin və xidmət keyfiyyətinin ölçülməsi;
• Dövri hesabatların hazırlanması və təqdim edilməsi.

Peşəkar komandamıza qoşulmaq və karyeranızın inkişafına gedən yolda bizimlə birlikdə irəliləmək istəyirsinizsə CV-nizi 30 sentyabr 2021-ci il tarixinədək [email protected] ünvanına, mövzu hissəsində “Təcrübə proqramı” yazmaqla göndərməyiniz xahiş olunur.