İstismar xidmətləri üzrə Böyük Mütəxəssis

İşin təsviri

Vəzifə öhdəlikləri:

• Market binalarının ümumi nəzarətini təmin etmək.
• İstismar xidmətləri üzrə Menecerə kömək etmək və bütün texniki xidmət və təmizlik işlərinin düzgün şəkildə aparılmasını təmin etmək.
• Marketlərdən və digər departamentlərdən ümumi sorğulara nəzarət etmək və planlar hazırlamaq.
• Bütün zəruri sənədləri doldurarkən bütün yaranmış gözlənilməz halları aradan qaldırmaq.
• Texniki nəzarətçilərlə əlaqə saxlamaq və onları İstismar xidmətləri üzrə Menecerin təlimatlarına əsaslanan planlar barədə məlumatlandırmaq.
• Gündəlik ehtiyaclar, problemlər və müştəri rəyləri barədə nəzarətçiyə məlumat vermək.
• Suallara cavab verməyi bacarmaq, zəruri və təcili sualları müvafiq nəzarətçiyə yönləndirmək.
• Bütün sifarişləri etmək və onların yerinə yetirilməsini İstismar xidmətləri üzrə Menecerin təlimatlarına uyğun olaraq izləmək.
• Marketlərdən gündəlik planlar, ehtiyaclar, problemlər və müştəri rəyləri barədə mühəndislərə və texniki nəzarətçilərə məlumat vermək.

Namizədə dair tələblər:

• Orta/Ali təhsil.
• Azərbaycan və İngilis dilləri üzrə biliklər.
• MS office proqlamlarında işləmək bacarığı (Excel üzrə biliklər mütləqdir).
• İstismar xidmətləri və ya texniki dəstək sahələrində azı 1 illik iş təcrübəsi.
• Planlalama üzrə bacarıqlar.
• Hesabatlıq üzrə bacarıqlar.
• Vaxtın idarə edilməsi üzrə bacarıqlar.

Maraqlanan namizədlər [email protected]  email ünvanına " İstismar xidmətləri üzrə Böyük Mütəxəssis " başlığı ilə müraciət edə bilər.