Market inkişafı üzrə inzibatçı

İşin təsviri

İş üzrə Vəzifələr:

- Şöbədəki komandalara bütün inzibati məsələlərdə kömək etmək
- İclas və görüşləri təşkil edib planlaşdırmaq, konfrans otaqlarını hazırlamaq
- Yazışmalar üçün memorandumlar, məktubların və blankların yaradılması və paylanması
- Müntəzəm olaraq planlaşdırılan hesabatların hazırlanmasına kömək etmək
- Ofis ləvazimatları sifariş etmək
- Qeydlər götürmək, araşdırmaq və təqdimatlar hazırlamaq
- Hesabatlar, memoramdumlar yaratmaq, çoxsaylı layihələri idarə etmək
- Sənədlərin qeydiyyatı, yazılması, cildlənməsi və s. kimi inzibati vəzifələri yerinə yetirmək.
- Şöbə işçiləri üçün iş səfərlərini təşkil etmək
- Sənədlərə nəzarət /rəqəmsal və fiziki qeydiyyat sistemlərinin idarə olunması
- Həssas məlumatları məxfi şəkildə idarə etmək
- Görüşlərin dəqiq protokollarını tərtib etmək
- Ofis prosedurlarını əlaqələndirmək
- İnzibati problemləri həll etmək
- Yeni kadrların işə götürülməsi, səyahət sifarişləri, taksilər, GSM nömrələrinin sifarişi, smartfonlar üçün İnsan Resursları və İnzibati Şöbə ilə sıx əməkdaşlıq etmək
- Şöbənin əlaqə siyahılarını, məzuniyyət qrafikini saxlamaq
- Gələcək layihələrin planlaşdırılması və əlaqələndirilməsi
- Tələbə əsasən digər inzibati işlər

Bilik və Tələb Olunan Bacarıqlar:

• Ali təhsil
• Hesabatlar tərtib etməyi bacarmaq
• Yaxşı kompüter bilikləri - Bütün Microsoft ofis proqramları
• Çox tapşırıqla işləmək bacarığı
• Yaxşı ünsiyyət, koordinasiya və təşkilatçılıq bacarıqları
• Həvəs və çalışqanlıq.
• Azərbaycan və ingilis dillərini səlis bilmək (şifahi və yazılı).

Maraqlanan namizədlər [email protected] email ünvanına " Market inkişafı üzrə inzibatçı " başlığı ilə müraciət edə bilər.