Satış meneceri

  • Halal-P
  • Elanın qoyulma tarixi: 23.09.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

- Satış təcrübəsi bizim üçün vacibdir, hansı sferada olmasının fərqi yoxdur; avadanlıqlarla işləmisinizsə, bu sizin üstünlüyünüz olacaq.
- Bizim menecerimiz, yəni sən satış işilə həvəslə məşğul olursan. İnsanlara ehtiyac duyduqlarını tapmağa kömək etməyi sevirsən. - Mükəmməl bir nəticə verirsən və sənin üçün aylıq maaş hər şeydən öndə deyil - çünki sən özünə güvənirsən, planları yerinə yetirəcəyinə əminsən, bonusunu mütləq qazanacağına da əminsən.
- Sən məqsədi görürsən, maneələrdə ilişib qalmırsan.
- Kifayət qədər iddialısan və böyümək istəyirsən. Bunun üçün daim öyrənir, yeni texnologiyalarla tanış olur, hər dəfə məsuliyyət dairəsinə yeni sahələr götürürsən.

Məsuliyyətlər:

- soyuq zənglər vasitəsilə müştərilərin axtarışı;
- daimi müştərilərin qorunub saxlanılması;
- kommersiya təkliflərinin hazırlanması və göndərilməsi;
- məlumatların satınalma şöbəsinə ötürülməsi (sorğular);
- CRM -də müştəri bazasının saxlanılması;
- xüsusi hesabatların aparılması;
- çətin vəziyyətlərin həlli (nadir hallarda olur).

Dəyərlərimiz:

o İnkişaf və davamlı öyrənmək istəyi
o Qayğı göstərmək və kömək etmək istəyi
o Dürüstlük və ədalətli mübadilə

Seçim bir neçə mərhələdə aparılır:

1. CV - bənzər bir təcrübənin varlığına baxırıq
2. Doldurulmuş anket forması - cavab sürətinə və anketin məzmununa baxırıq
3. Üz-üzə müsahibə - “sizinlə tanış oluruq, həm də özümüzü təqdim edirik”
4. Rəhbərlə müsahibə

Şərtlər:

- yalnız əmin olduğumuz yüksək keyfiyyətli mallar satırıq;
- sənə məhsul və texnologiyanı öyrətməyə hazırıq;
- satış texnologiyası üçün skriptlər bu mərhələdə mövcud deyil, ancaq bunları səninlə birlikdə yaradacağıq - uğurlu təcrübəni bölüşmək imkanın olacaq;
- menecerlərimizin aldıqları maksimum illik əmək haqqı (+ bonus) – 45000 AZN. Amma sən daha yaxşı nəticələrə imza ata bilərsən.
- Iş cədvəli: standart 5 günlük 9.00-dan 18.00-dək;

Yuxarıda yazılanlarda özünü tapdınsa – geri dönüş et!

Aylıq fiks əmək haqqı: 650 - 850 AZN

Bu linkə daxil ol və anket formasını doldur. Onu da CV ilə birlikdə [email protected] ünvanına göndərməyi unutma.

Bizimlə iş şən və perspektivlidir!