Büdcə üzrə aparıcı mütəxəssis

İşin təsviri

Bilik və bacarıqlar:

• Müəssisəin illik maliyyə və büdcə planlarının, balans, mənfəət və zərər, nağd pulun hərəkəti proqnozlarının hazırlanması
• Pul vəsaitləri üzrə büdcənin tərtib edilməsi, şirkətin üzləşə biləcəyi pul defisiti ilə bağlı maliyyələşmə mənbələrinin müəyyən edilməsi
• Müvafiq struktur bölmələrin büdcə planlamasında iştirakı və koordinasiyanı təmin edilməsi
• Struktur bölmələrin təqdim etdiyi büdcə layihələrinin təhlili
• Büdcənin icrasina mütəmadi nəzarətin həyata keçirilməsi və icra vəziyyətinə dair hesabatların rəhbərliyə təqdim edilməsi
• Kənarlaşmalar barədə müvafiq struktur bölmələrinin xəbərdar edilməsi və büdcəyə düzəlişlərin həyata keçirilməsi
• Büdcə xərclərinin səmərəliliyinin təhlilinin aparilmasi və səmərəliliyinin artırılması üzrə təkliflərin verilməsi
• Büdcə gəlirlərinin artırılması üzrə mənbələrin aidiyyəti struktur bölmələrlə müzakirə edilməsi
• Şöbənin vəzifələrinə aid edilmiş məsələlər üzrə digər işləri görür.
• Müəssisədə tətbiq edilən bütün təlimatlara, qaydalara və sair prosedur və tələblərə riayət edir.

Namizədə olan tələblər:

• Müvafiq sahə üzrə ali bakalavr və magistr təhsili;
• Maliyyə-mühasibat işi üzrə minimum 3 il iş təcrübəsi;
• Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə biliklər;
• Maliyyə-uçot sahəsi ilə əlaqədar mövcud qanunvericiliyi işində tətbiq edə biləcək səviyyədə bilmək;
• Vergi qanunvericiliyi üzrə biliklər;
• Yüksək səviyyədə Azərbaycan dili biliyi;
• Xarici dil biliyi (ingilis dili, rus dili biliyi arzuolunandır);
• Microsoft Office proqramlarını yüksək səviyyədə bilmək və internet resurslarının istifadə bacarığı;
• 1C 8.3 versiyası üzrə bilik və işlətmə bacarığı;
• Statistik və riyazi biliklər;
• Analitik təhlil, strateji düşünmə, korporativ idarəetmə və problem həlletmə bacarığı;
• ACCA, CIMA, CPA və ya bunlara ekvivalent olan beynəlxalq sertifikatlar arzu olunandır;

E-mail: [email protected]