Vəzifə və öhdəliklər:
• Xəstələrin klinikaya qəbul prosesinin koordinasiyası və təşkil olunması
• Şöbələr üzrə məhsul qeydiyyatçıların işinin koordinasiyası
• Digər bölmələrin rəhbərləri ilə problemlər və suallarla bağlı bilavasitə əlaqənin yaradılması
• Rəhbərlik etdiyi personalın işinə və nizam-intizamına nəzarət
• Yazılı və elektron sənədləşmənin yeni formaların tətbiq edilməsinə rəhbərlik, tibbi formaların yenilərini işləyib hazırlanması və ya köhnə blankların təkmilləşdirilməsi
• Koordinasiya xidmətinin fəaliyyət göstəricilərinin sistematik təhlilinin aparılması, təkmilləşdirmə üzrə tədbirlərin işləyib hazırlanması
• Xəstələrin xidməti və ödənişləri ilə bağlı problemlərin aidiyyatlı şöbələrlə həll edilməsi
• Koordinasiya xidmətində gözlənilməyən hallar və görülən tədbirlər haqqında dərhal klinika rəhbərliyinə məlumat verilməsi
Tələblər:.
• Ali Təhsili;
• Müvafiq sahədə 3 il il təcrübə ;
• Azərbaycan dilini mükəmməl, İngilis və Rus dilləri üzrə yüksək səviyyədə biliklər ;
• Sığorta xidmətlərinə aid olan müqavilələrin bağlanma qaydasını və icra edilməsinin əsasları
Maraqlananlar CV-lərini [email protected] ünvanına subject yerində “Qeydiyyat bölməsinn rəhbəri“ qeyd edərək göndərə bilərlər.