Baş Mühasib

İşin təsviri

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

• Şirkətin büdcə proqnozunun hazırlanmasında yaxından iştirak edir;
• Şirkətin strateji planını hazırlayarkən öz təkliflərini verir;
• Maliyyə hesabatlarını hazırlayır;
• Büdcəni araşdırır, büdcə planını hazırlayır və Baş Direktora təqdim edir;
• Bütün maliyyə əməliyyatlarının qanunvericiliyin tələblərinə və mühasibat uçotu standartlarına uyğun həyata keçirilməsini təmin edir;
• Tender və satış sənədlərini hazırlayır və müvafiq proseduralardan keçirir;
• Şirkətin sığortası, lisenziyası, müqavilələri, idxal və ixrac tələblərinin yerinə yetirilməsinə cavabdehlik daşıyır;
• Baş Direktora maliyyə strategiyası və onun şirkətin məqsədlərinə təsiri ilə bağlı məsləhətlər verir;
• Dövri olaraq şirkətin aktivlər, passivlər və kapitalına dair hesabatlar hazırlayıb Baş Direktora təqdim edir;
• Mütəmadi olaraq maliyyə hesabatlarını əldə edir,satış və gəlir hədəfləri,həmçinin proqnozların hesabatda olan rəqəmlərlə müqayisəsini aparır və təhlil edərək Baş Direktora təqdim edir;
• Satınalma proseduralarını hazırlayır və satınalma sisteminin monitorinqini həyata keçirir;
• Ödəniş proseduralarının düzgün yerinə yetirilməsinə nəzarət edir;
• Nağd pulun saxlanması proseduralarına nəzarət edir;
• Şöbələrin xərclərinə nəzarət edir və lazım gəldikdə düzəlişlər edilməsini tövsiyə edir;
• Əmək haqlarının vaxtında və düzgün ödənilməsinə nəzarət edir.
• Şirkətin aylıq və illik maliyyə hesabatlarının hazırlayır.

TƏLƏBLƏR:

• Mühasibatlıq və ya Maliyyə üzrə minimum magistr dərəcəsi;
• Müvafiq sahə üzrə 5 iş ildən çox təcrübəsi;
• Təşkilatçılıq və İdarəetmə bacarıqları;
• Yüksək analitik və riyazi bacarıqlar;
• Problem həll etmək bacarığı;
• Dil bilikləri: Azərbaycan – əla, Rus dili - əla; İngilis dili – üstünlük verilir;
• Qabaqcıl PC istifadəçisi.

Maraqlananlar CV-lərini [email protected] elektron ünvanına 18.10.2021-ci il tarixinə qədər göndərə bilərlər. Elektron məktubun mövzu (subject, тема) hissəsində “Baş Mühasib” yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

İşəgötürənin reytinqi