Şəbəkə inzibatçısı – Aparıcı mütəxəssis

  • eManat
  • Elanın qoyulma tarixi: 14.09.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

• Şəbəkə infrasturkturu üzrə yenilikləri (updates) yoxlamaq və yenilənmə üzrə plan tərtib etmək
• Şəbəkə infrastrukturunda baş verəbiləcək problem və dayanmaları prosedurlara əsasən araşdırmaq və həll etmək
• Şəbəkə infrastrukturu üzrə müxtəlif keyfiyyət göstəriciləri üzrə hesabatlar tərtib etmək
• Şəbəkə infrastrukturunun idarəedilməsi və dəstəklənməsi üzrə şirkətin təklif etdiyi təlimlərdə və praktiki tədbirlərdə iştirak etmək
• Öhdəsində olan Şəbəkə infrastrukturunun idarə edilməsi üzrə prosedur və qaydaları tərtib etmək
• Şəbəkə infrastrukturunun dəstəklənməsi üzrə profilaktik və gündəlik işləri icra etmək
• Şəbəkə infrastrukturunun dəstəklənməsi üzrə monitorinq aparmaq
• Korporativ standartlara və daxili siyasət, prosedurlara riayət etmək
• Sistemlərin düzgün və effektiv istifadəsi üzrə tövsiyələr vermək
• İnformasiya təhlükəsizliyi insidentlərinin aşkar olunması, təhlili və onların təhqiqatının aparılması və tələblərin irəli sürülməsi və icrasında həll yollarının tərtibində iştirak etmək;

Texniki tələblər:

• Kompüter Elmləri, İnformasiya Sistemləri üzrə bakalavr və ya magistr dərəcəsi (üstünlük verilir)
• Şəbəkə inzibatçılığı sahəsində 3 ildən çox iş təcrübəsi
• İngilis və Rus dili bilikləri (minimal danışıq bilikləri, texniki sənədlərin oxunması)
• Şəbəkə (LAN, WAN, Wireless) və VOIP sistem və avadanlıqları ilə iş təcrübəsi
• Virtual şəbəkə infrastrukturu (Vmware Vsphere, MS Hyper-v) texnologiyaları sahəsində təcrübə
• Dayanıqlı klasterin qurulması və tətbiqi üzrə təcrübə (CISCO, HP, Fortinet)
• Bulud texnologiyaları üzrə (MS Azure, Amazon WS, Google Cloud və MS Office 365) biliklər və iş təcrübəsi

Bacarıqlar:

• Sənədləri tərtib etmə və işləmə qabiliyyəti
• Analitik təhlil bacarığı
• Problemin araşdırılması ilə əlaqədar dəstəkçi şirkətlə ünsiyyət qurmaq bacarığı
• Proqram təminatı və avadanlıqda nöqsanların aşkarlanması və aradan qaldırılması üzrə bacarıq
• İşlərin təşkili, planlanması, qeydiyyatının aparılması və prioritetlərin təyin edilməsi üzrə bacarıq
• Komanda şəklində işləmə bacarığı
• Daimi olaraq yeni İT biliklərinin mənimsənilməsi bacarığı və yeniliyə həvəsli olmağı

İş şəraiti:

• Ofis daxili;
• İş rejimi həftənin 5 günü (09:00 – 18:00);
• Təşəbbüskar təkliflərin dəyərləndirilməsi;
• Əmək haqqının 15 gündən bir ödənilməsi;
• Tibbi sığorta təminatının verilməsi;
• Nahar yeməyinin təmin olunması;
• “Birlikdə istirahət” tədbirlərinin keçirilməsi;

Maraqlananlardan xahiş olunur, öz CV-lərinizi [email protected] email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaqdır. Göndərilən CV-lərdə mövzu adı yerində “Şəbəkə inzibatçısı – Aparıcı mütəxəssis” yazılmalıdır.

İşəgötürənin reytinqi