Prosesə nəzarət üzrə mütəxəssis

  • A+Co ASC
  • Elanın qoyulma tarixi: 14.09.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

• Ali təhsil
• Göstərilən vəzifə üzrə ən azı 1 illik iş təcrübəsi;
• İstehsalat və ya Kənd təsərrüfatı sahəsində təcrübə arzu olunandır.
• Microsoft Office proqramlarını bilməli;

Vəzifə öhdəlikləri:

• Müəssisənin istehsal etdiyi məhsulların keyfiyyətinə nəzarətin aparılması;
• Məhsulun texniki sənədlərlə təsdiq edilmiş tələblərə, göndərilmə və müştərilərlə bağlanan müqavilələrin şərtlərinə uyğunluğun yoxlanılması;
• İstehsalat intizamının möhkəmləndirilməsi;
• Məhsulun yüksək texniki səviyyəsi və keyfiyyətinin təmin edilməsi üzrə işlərin təşkil edilməsi;
• Müəssisəyə daxil olan ehtiyatların yoxlanılması, onların keyfiyyətlərinin standart və texniki şərtlərə uyğunluğu barədə rəylərin hazırlanmasını;
• İstehsalat prosesinin bütün mərhələlərində xammalın, hazır məhsulun müştərilərə göndərilənədək müəssisənin bölmələrində və anbarlarda saxlanmasının düzgünlüyünə nəzarətin təmin edilməsi;
• Məhsulun keyfiyyətinin yüksədilməsi üzrə keyfiyətin idarə edilməsi sisteminin, nəzarət əməliyyatlarının mexanikləşdirilməsi və avtomatlaşdırılmasını nəzərdə tutan daha mükəmməl nəzarət metodlarının yaradılması, məhsulun qüsursuz təhvili sistemlərinin tətbiqi tədbirlərinin işlənib hazırlanması;
• Keyfiyyətsiz məhsul, onun səbələri və təqsirkarlarının uçotunun aparılması;
• Qüsurli iş və ya materialların düzəldilməsinin və ya dəyişdirilməsnin tələb edilməsi;
• Ümumi keyfiyyət sisteminin yaradılması, tetbiqi və nəzarət olunması;
• Keyfiyyətə nəzarət planının hazırlanması;
• Keyfiyyətə nəzarət prosedurlarının tətbiq edilməsi;
• Müəssisədaxili intizam qaydalarına, prosedura və təlimatlara, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigyena norma və qaydalarına riayət edilməsi;
• Əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımınca icra edilməsi və onların pozulmasına yol verilməməsi;
• Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlarhazırlayıb təqdim edilməsi;
• Birbaşa rəhbərin konkret tapşırıq və sərəncamlarının yerinə yetirilməsi;

İş şəraiti:

• İş yeri: Pirəkəşkül qəsəbəsi
• 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ;
• Nahar Şirkət tərəfindən təmin olunur;
• Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun müsahibə əsasında müəyyən olunacaq.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Prosesə nəzarət üzrə mütəxəssis” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.