Kredit mütəxəssisi

İşin təsviri

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

• Maliyyə, İqtisadiyyat, Menecment (və ya ona bərabər tutulan təhsil səviyyəsi);
• Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
• Banklarda və Bank Olmayan Kredit Təşkilatlarında istehlak, lombard və mikro kreditləri üzrə təcrübəsi olanlar;
• Yenilikləri intensiv və dərindən mənimsəmə bacarığı;
• Problemli kreditlərin həlli istiqamətində bilik və bacarığının olması;
• Analitik zəkaya malik olmaq və müştərilərlə işləmək qabiliyyəti;
• Riyazi hesablama aparmaq qabiliyyəti;
• Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
• İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
• Kompüter bilikləri

İŞİN TƏSVİRİ:

• Müştəriyə təşkilatın kredit məhsullarına dair məlumatın verilməsi;
• Kredit müraciətlərinin qəbulu və analizi;
• Müştərilərinin cəlbində yaxından iştirak;
• Təşkilatın kredit əməliyyatlarının müvafiq qanunvericilik və normativ aktlara uyğun olaraq icra edilməsi;
• Müraciətlərin təşkilatın kredit komitəsində müdafiəsi;
• Kredit sənədlərinin tərtibi;
• Kredit portfelinə nəzarət və idarə etmək;
• Verilmiş kreditlərə dair xidmətlər və onların monitorinqinin aparılması.

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində “Kredit Mütəxəssisi(Bakı şəhəri)” qeyd etməklə göndərmələri xahiş olunur.

Telefon: (+994 12) 498 94 97

Azərbaycan Mikro Kredit BOKT tərəfindən digər vakansiyalar